Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmli aclıq aksiyasını davam etdirir.
Vəkil Bəhruz Bayramovun verdiyi müsahibəyə görə, artıq Saleh Rüstəmlinin aclıq aksiyasının 13-cü günüdür.
Rüstəmovun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.
Vəkil deyib ki, keçmiş icra başçısıın səhhətində problemlər yaranıb.
“Özünü halsız edir. Bəzi səhhətində fəsadlar var üzə çıxır. On bir kq-a yaxın çəki itirib. Təzyiqi aşağı düşüb. Özünü yaxşı hiss eləmir. Ağzında yaralar, qıçında ağrılar baş verib. Ona görə aclıq aksiyası səhhətinə çox pis təsir edib.
Bəhruz Bayramovun sözlərinə görə, Saleh Restəmli aclıq aksiyasını sona qədər davam etdirməkdə israrlıdr.
“Hələ ki israrlıdır. Bilmirəm nə vaxta kimi davam edəcək. Amma ailə üzvləri də xahiş elədi ki aclıq aksiyasını dayandırsın. Buna baxmayaraq, yeganə xeyri oldu ki, iynə vurmağa icazə verdilər və bir də quru aclığa keçmədi. Özünün dediyinə görə axıra kimi davam edəcək. Aclıq aksiyasının keçirməsinə mən əleyhinə olmuşdum. Çünki insanın xarakterinə bələdəm. Bilirdim ki, əgər deyibsə davam edəcək.”
Yerli və beynəlxalq təşkilatların dəstəyinə gəldikdə isə vəkil onun aclıq aksiya keçirməsinə heç kim biganə qalmayıb.
“Yerli təşkilatlar, ictimaiyyət nümayəndələri, ziyalılar, müxtəlif partiya üzvləri bu aksiyaya münasibətlərini bildirdi və onun azad olmasını xahiş etdilər.”
Saleh Rüstəmlinin vəkili artıq Ali məhkəmənin pleniumuna müraciət elədiyini də əlavə edib.
“Ali məhkəmə yeni açılmış hallara görə bu məsələyə baxa bilər və müvafiq qərar qəbul edə bilər. Yeni açılmış hal nədən ibarətddir? Yəni onlar qeyd edir ki, hökmə əsasən 424 min dollara qədər pul göndərib. Biz banklardan sənədləri almışıq. Həmin vaxt Saleh Rüstəmovun banklara 30 min dollara yaxın borcu olub.Yəni kredit borcu olub. Adına heç bir qeyri-yaşayış sahəsi, obyekt yoxdur. Yalnız bir mənzili var. Onun 424 min dollar göndərməsi real deyil. Ona görə də Ali M“əhkəmənin pleniumuna müraciət eləmişəm.”
XatırlatmaAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.
Hüquq müdafiəçiləri prezidentə müraciət edibMüdafiə Xətti hüquq müdafiə təşkilatı Saleh Rüstəmovun azadlığa buraxılması xahişi ilə ölkə prezidentinə müraciət edib.
Sənəddə deyilir ki, Saleh Rüstəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub, həbsdə olduğu zaman 13 saylı cəzaçəkmə müəssisəsində aşkar ayrıseçkiçilik zəminində təqib və təzyiqlər altında saxlanılıb.
Saleh Rüstəmlinin aclıq aksiyasına rəsmi qurumların reaksiyasıSaleh Rüstəmlinin aclıq aksiyasına hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Amma Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvləri iştirakı ilə Saleh Rüstəmovla görüş keçirib.
Bu barədə yerli media agentliyi olan Turana Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, S.Rüstəmovun vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə mütəmadi görüşləri təmin olunur.
Amerikanın səsi
Tarix: 19-11-2021, 09:26