“Sosial şəbəkələrdə yenə “hərbi ekspert”lər fəallaşıblar, hərəsinin ağzından bir avaz gəlir, bir qrup deyir ki, “bəs hanı rus sülhməramlıları, hara baxırlar”, izah edirsən ki, ay qardaş, ay bacı, son 24 saata olan toqquşmalar Azərbaycan-Ermənistan sərhəddində olur, orada “rusməramlılar” yoxdur, yaxşı ki, yoxdur, amma sərhədlər dəqiqləşəndə Ermənistan tərəfdən sərhədi Rusiya ordusu qoruyacaq, müqavilələri var, tezliklə sərhədlər dəqiqləşməlidir ki, sərhəddə münaqişələr də bitsin. Bir qrup da deyir ki, bunu ruslar edir, düşünürsən ki, əla, düz deyir, gərginlikdə maraqlı qüvvə Rusiyadır ki, bölgədəki mövcudiyyətini və gücünü artırsın, moderator olaraq ona daha çox ehtiyac yaransın. Amma həmin an davam edirlər ki, Rusiya bunu Xankəndidə saylarını artırmaq üçün edir. Ay insan, son toqquşmalar sərhəddədir, bunun “rusməramlılara” aidiyyatı yoxdur. Sonra bir qrup peyda olur və deyir ki, bəs nə oldu kapitulyasiya?! Ey qadaşım, ey bacım, ölkələr var ki, bir-birləri ilə müharibədən sonra, hətta sülh müqavilələri də olub, amma sərhədlərdə illərdir, atışma olur, olub, olacaq da. Məsələləri qarışdırmayın”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, son gərginliyin səbəbləri fərqlidir: “Düşmənin, Ermənistanın son 24 saatda baş verənlər haqqında rəsmi və qeyri-rəsmi etiraf etdiyi nəticələr: 1) Deputat Eduard Ağacanyan elan edib ki, son 24 saatda Ermənistan ordusu 15 zabit və əsgərini itirib, 2) Ermənistanın Müdafiə Nazirliyi rəsmən etiraf edib ki, son 24 saatda 12 hərbi qulluqçu əsr düşüb, bunlardan 7-si müqavilə ilə xidmət edən, 5 nəfər isə çağırışçıdır, 3) Ermənistan Müdafiə Nazirliyi rəsmən bəyan edib ki, son 24 saatda 2 yüksəklikdə olan hərbi postlarını itiriblər. Daha ağıllı, daha təmkinli olmalıyıq! Allah Ordumuzu qorusun!”
Tarix: 17-11-2021, 08:34