"Rektor deyir, ya universitetə gəlin, ya da pul ödəyin gəlməyin" - Koronavirus xəstələri


"Rektor deyir, ya universitetə gəlin, ya da pul ödəyin gəlməyin" - Koronavirus xəstələriİbrahim Cəfərov

Azərbaycan Dövlət Aqrar Universitetində baş verən qanun pozuntuları ilə bağlı müraciət daxil olub.

Bizimyol.info xəbər verir ki, müraciət, universitetin müəllimləri Nəsimi Abbaszadə, İsa İsrafilov və koronavirusa yoxulmuş tələbələri tərəfindən ünvanlanıb. Universitet müəllimlərinin sözlərinə görə, onlar “Covid-19” virusuna yoluxublar, lakin universitetin rektoru İbrahim Cəfərov onları işə çıxmağa məcbur edir.
“Tələbələrdən də Covid olanlar var. Bəzi tələbələr qorxusundan dərsə gələ bilmir. Rektor da onları qovmaqla hədələyir. Deyirlər ki, ya dərsə gəlin, ya da pul ödəyin gəlməyin”,- deyə müraciətdə bildirilir.
Sonda isə qeyd olunub ki, Təhsil Nazirliyinə dəfələrlə bu barədə məlumat verilib, lakin məsələyə baxan yoxdur.
Məsələ ilə bağlı Gəncə Aqrar Universiteti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.
Tarix: 16-11-2021, 15:51
Xəbəri paylaş



Xəbər lenti