Keçmiş nazir Hüseynqulu Bağırov hazırda nə işlə məşğuldur?



Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə Ekologiya və Təbii sərvətlər nazirliyinin sabiq rəhbəri Hüseynqulu Bağırovdan bəhs edəcəyik:
Bağırov Hüseynqulu Seyid oğlu 17 dekabr 1955-ci ildə dünyaya gəlib. O, 1978-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 
1978-1983-cü illərdə Təhsil Nazirliyində, daha sonra Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən isə Qərb Universitetinə rəhbərlik edib. Sonradan bir il Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində çalışıb. 
2001-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təyin olunan Bağırov, 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının da Prezidenti seçilib. O, 2015-ci il dekabr ayının 16-da  “Şöhrət ordeni ilə təltif edilib. 
Hüseynqulu Bağırov nazir postundan gedəndən sonra adı bir sıra qalmaqalarda hallanıb. 
Belə ki, Hüseynqulu Bağırovun ögey xalası oğlu Abbas Zeynalov sabiq nazir haqqında bəzi faktları mediaya açıqlayıb. 
Onun sözlərinə görə, Hüseynqulu Bağırovun əsl adı Sonqulu olub, daha sonra o öz adını dəyişdirərək Hüseynqulu edib.
Zeynalov bildirib ki, onlar şərikli otel tikintisinə başlayıblar. Tikintiyə Bağırovun ögey xalası oğlu başçılıq etsə də, sabiq nazir daha sonra ondan təşkilatçılığı alıb və “mən sənin xərclədiyin 500 min dolları ödəyəcəm. İndi isə bu işi başqasına təhvil vermişəm. Ona görə də sən get” deyib.
Abbas Zeynalov onu da bildirib ki, onun Türkiyədə və Avropadakı biznesini xanımı Liana Bağırova idarə edir. 
Qeyd edək ki, Qərb Universiteti də tez-tez mediada Hüseynqulu Bağırovun biznesi arasına daxil edilib. 
Bağırov haqqında çıxan bütün ittihamlara cavab olaraq isə bildirib ki, deyilən hər şey yalandır. 
Qeyd edək ki, Hüseynqulu Bağırov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi işləmiş Mircəfər Bağırovun yaxın qohumudur. O, 2018-ci il 21 apreldə vəzifədən gedib. 
Ailəlidi, Lətif adlı oğlu var. Hüseynqulu Bağırov hazırda biznesini idarə edir, hərdən səyahət və alpinizmlə məşğul olur.
Tarix: 16-11-2021, 13:34
Xəbəri paylaş



Xəbər lenti