Taksi sürücülərinin yazılmamış qanunu: “nisyə sifariş” və ya “soğan olsun, nağd olsun”
Sürücü: “Hesabımızda minimum 20 manat olmalıdır ki, onu nağdlaşdıra bilək”
Şirkət təmsilçisi: “Kartla ödənişdən yayınmalarının əsas səbəbi müştərilərin onlara verdikləri “çayevoy”dur”
Mənzil başına çatmağa tələsənlər, ictimai nəqliyyatın sıxlığından yan keçməyə çalışan, amma şəxsi maşını olmayanlar əksər hallarda taksi xidmətinə üz tuturlar. Ən sərfəli taksi xidmətini də bugünkü gündə şirkətlər təklif edir. Ödənişin həm kartla, həm də nağd olması xidmətdən istifadəni daha da rahatlaşdırır.
İstər nağd pulu olmayan, istərsə də sürücüyə qəpiklərlə ödəniş etməyi xoş hesab etməyənlər və s. kartla ödənişə üstünlük verirlər. Lakin bir çox hallarda sürücülər kartla ödənişə narazılıq edirlər. Müştəriyə zəng edib ödənişin nağd, yoxsa kartla ediləcəyini soruşan sürücülər də kifayət qədərdir. Bunun səbəbini soruşduqda sürücülər müxtəlif cür əsaslandırırlar.
Mövzu ilə bağlı AYNA-ya danışan “Bolt” taksi şirkətinin sürücüsü Orxan Əhmədov (öz istəyi səbəbindən ad şərtidir) deyib ki, kartla ödənişə narazılıq sürücülərin nağd ödənişə daha çox etibar etməsi ilə bağlıdır: “Sürücülər deyirlər ki, “soğan olsun, nağd olsun”. Kartla ödənişə etibar etmirlər. Kartla ödənişi daha üstün hesab edən sürücülər də var. Kartla ödəniş pis deyil. 60 manat da, 100 manat da yığılsa, hesabında qalır, istədiyin vaxt nağdlaşdıra bilirsən”.
Sürücülərin kartla ödənişləri sonradan nağdlaşdırmada problemlə qarşılaşdıqları ilə bağlı əsaslandırmalarına qaldıqda isə sürücü buna belə aydınlıq gətirib: “Sürücünün hesabında minimum 20 manat olmalıdır ki, nağdlaşdıra bilsin. Bir məsələ də sürücünün şirkətə borclu qalması ilə bağlıdır. Əgər sürücünün şirkətə 10 manatdan artıq borcu varsa, ona nağd sifarişlə müştəri vermir. Amma belə vəziyyətdə sürücü də öz hesabına pul yükləyə bilər”.
“Ekonom” taksi şirkətinin direktor müavini Ceyhun Məmmədli də AYNA-ya açıqlamasında təsdiqləyib ki, sürücülər kartla ödənişi bir çox hallarda narazılıqla qarşılayırlar: “Təəssüf ki, sürücülər kartla ödənişdə problem yaradırlar. Biz təlimlərdə bununla bağlı əlavə elanlar veririk. Sürücüləri məlumatlandırmağa çalışırıq ki, kartla ödənişlərdə problem yaranmasın, müştəriləri narazı salmasınlar. Lakin deyərdim ki, sürücülərin əksəriyyəti bununla bağlı problem yaradır”.
Həmsöhbətimiz bunun səbəbini belə açıqlayıb: “Onlar kartla ödənişi öz aralarında "nisyə sifariş" adlandırırlar. Əllərinə nağd pul gəlmədiyi üçün narazılıq edirlər. Hesab edirəm ki, bunun da bəzi səbəbləri var. Əsas olan da sürücülərin "çayevoy" adlandırdıqları – müştərilərin onlara əlavə olaraq verdiyi puldur. Kartla sifarişdə gedişhaqqı tam olaraq balansa köçür və sürücü əlavə ödəniş ala bilmir. Buna görə də narazılıq edirlər”.
“Çalışırıq ki, şirkət olaraq biz də bununla mübarizə aparaq. Sürücüləri təlimləndirək. Hesab edirəm ki, yaxın illərdə nağd ödəniş sıradan çıxacaq, bütün sifarişlər onlayn formada olacaq. Çünki artıq bir çox istiqamətlərdə ödənişlərin kartla edilməsi üçün imkan var”, - deyə Məmmədli qeyd edib.
Tarix: 15-11-2021, 21:13
-
Bu gün, 22:05
Qalmaqalla işdən çıxan Sumqayıtın baş memarının yerinə bu şəxs təyin edildi
-
Bu gün, 16:09
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
-
Bu gün, 13:22
İsmayıllının İcra baçısı niyə veteranların problemləri ilə maraqlanmır? - NARAZILIQ
-
Bu gün, 13:21
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
-
Bu gün, 13:20
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
-
Bu gün, 13:01
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
-
Bu gün, 12:51
Orban məğlub oldu, o isə qalib gəldi: Kremlin dostu Aİ-nin yeni baş ağrısı olacaq?
-
Bu gün, 09:10
“5 ilin əməyi hara getdi?” – Şikayətçi Adnan Əhmədzadəni 10 min manatı mənimsəməkdə ittiham etdi-VİDEO
-
Bu gün, 08:35
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
-
Bu gün, 08:34
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
-
Dünən, 23:18
TƏCİLİ! Tramp ELAN ETDİ: Hücumlar BAŞLAYIR
-
Dünən, 22:58
Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır
-
Dünən, 18:02
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
-
Dünən, 17:43
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO
-
Dünən, 17:40
"Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? - VİDEO
-
Dünən, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Dünən, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Dünən, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Dünən, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Dünən, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Dünən, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Dünən, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Dünən, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Dünən, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Dünən, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Dünən, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Dünən, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Dünən, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
18-04-2026, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
18-04-2026, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!