“Çingiz Abdullayevin sosial şəbəkələrdə çox sərt tənqid olunmasının səbəblərindən biri də odur ki...”



“Çingiz Abdullayevin sosial şəbəkələrdə çox sərt tənqid olunmasının səbəblərindən biri də odur ki, ölkədə min problem olanda tanınmış yazıçı bir dəfə mətbuatda, sosial şəbəkələrdə bu problemlərdən danışmayıb”.
 
Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Bəxtiyar Hacıyev bildirib.
 
“Yüzlərlə problem saya bilərəm ki, hərəsi yüz minlərlə, milyonlarla insanın həyatına təsir edir, həmin problemlərin həlli üçün ziyalıların etirazı kifayət edər, amma ziyalı susur, susur, sonra susamış uşağa su verməkdən danışanda təbii ki, insanlar da qıcıqlanırlar. Çingiz Abdullayev sevinməlidir ki, insanların ondan hələ bir gözləntisi var, olmasaydı, ümumiyyətlə reaksiya verməzdilər. Öz üzərinə düşən mənəvi vəzifə barədə düşünməli, heç olmasa, ömrünün bu dövründə xalqın problemlərinin həlli barədə danışmalıdır. Ondan gözlənilən böyük dəyişikliklərdir, uşaqlarımızın gələcəyi, uşaqpulu, təhsil, elm, sosial müdafiə və s...” – B.Hacıyev qeyd edib.
Tarix: 30-10-2021, 10:59
Xəbəri paylaş



Xəbər lenti