“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifədə işləyən ailə üzvləri və yaxın qohumları ilə bağlı Demokrat.az-a sensasiyalı məlumat daxil olub.
Məlumatda Cavid Qurbanovun ailə üzvləri və yaxın qohumlarının siyahısı yer alıb.
Sözügedən siyahını təqdim edirik:
"Azercon Group Limited" şirkətlər qrupunun təsisçisi Qəmbər Qurbanov - Cavid Qurbanovun atası,
"Baghlan Groupe" şirkətlər qrupunun təsisçisi Şəmşir Şəmşirli - Cavid Qurbanovun oğlu,
Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli - Cavid Qurbanovun qardaşı,
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev - Cavid Qurbanovun əmisi nəvəsi,
Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov - Cavid Qurbanovun yaxın qohumu,
Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli - Cavid Qurbanovun qardaşı oğlu,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi İlqar Qurbanov - Cavid Qurbanovun qardaşı,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi Həbib Misirov - Cavid Qurbanovun qohumu və ən yaxın adamı,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov - Cavid Qurbanovun yaxın qohumu,
"KDY logistics" şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov - Cavid Qurbanovun ən yaxın adamlarından biri hesab olunur,
Vəsilə Abdulova - Cavid Qurbanovun himayəsində olan "TOPAZ"- qumar biznesinə rəhbərlik edir.
Sumqayıt şəhər Məşğulluq İdarəsinin rəsmisi Nahid Şəmşirov - Cavid Qurbanovun əmisi oğlu.
Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilmiş parlemanet seçkilərində bir neçə şəxs Cavid Qurbanovun təqdimatı ilə deputat mandatı qazanıb. Onların arasında Aqil Məmmədov və Jalə Əliyeva da yer alır.
Vaqif Hüseynli
Demokrat.az