“Şəhid anasını intihar həddinə çatdıran Niyazi Bayramov istefa verməlidir”



“Gəncənin icra başçısı, şəhid anası niyə intihara cəhd etməlidir? O, istefa ərizəsini yazıb getməlidir, etimadı doğrultmadığını etiraf etməlidir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.
 
“Şəhid anası dünyasını dəyişsəydi, nə olacaqdı?! Bundan sonra xalq Gəncəni yandırardı, yandırmazdı?! Niyazi Bayramov cavab verə biləcəkdi? Qarabağ məsələsi müzakirə edilir, ölkə başçısı dünya liderləri ilə görüşlər keçirir, qəfil zəng edirlər ki, Gəncə yanır, gəlin... Üsyandır. Niyə? Çünki işini bilməyən icra başçısı ananı ölüm həddinə çatdırıb. Niyazi Bayramov cavab verə biləcəkdi? Şəhid anasının intihara cəhd etdiyini eşidən əsgər irəli gedərmi? Düşünəcək ki, mənə bir şey olsa, anam tək qalacaq, qabiliyyətsiz məmura görə dünyasını dəyişəcək. Şəhid ailələrinə qayğı göstərilməlidir” – T.Abbaslı qeyd edib.
Tarix: 28-10-2021, 09:31
Xəbəri paylaş



Xəbər lenti