Bakıda marketdən 5 manat oğurlayan şəxsə 8 il yarım iş verildi - TƏFƏRRÜAT

Xətai rayonunda “Al Market”ə basqın edən 1991-ci il təvəllüdlü Orxan Bayramovun cinayət işi üzrə bir sıra məqamlar bəlli olub.
Neqativ.com "qafqazinfo"ya istinadla xəbər verir ki, oğurluq məqsədi ilə mağazaya daxil olan O.Bayramov kassadakı 1200 manat pulu oğurlamağa cəhd edib. Hadisə yerindən qaçmaq istəyərkən mağazanın müdir müavini onun qarşısını kəsərək pulları geri almağa çalışıb. Bayramov üzərindəki bıçaqla mağazadakı işçiləri hədələyib. Münaqişənin sonunda işçilər O.Bayramovdan pulları almağa müvəffəq olublar. O, 1200 manatdan yalnız 5 manat götürə bilib və hadisə yerindən qaçıb.
Məhkəmədə dindirilən zaman məlum olub ki, təqsirləndirilən şəxs narkotik almaq üçün mağazadan pul oğurlamaq istəyib: “Ara-sıra narkotik istifadə edirəm. Həmin gün istifadə etmədiyinə görə bədənimdə ağrılar başlamışdı. Narkotik almağa pulum olmadığından yaxınlıqdakı “Al Market”ə girməyə qərar verdim. Kassada heç kəsin olmadığını görüb pulları oğurlamaq qərarına gəldim. Mağazadan çıxmaq istəyəndə işçilərdən biri qabağımı kəsdi. Məni tutan oğlan pulları əlimdən aldı. Məni buraxmaları üçün bıçağı çıxarıb bildirdim ki, yaxınlaşmasınlar, tez çölə çıxdım. Üzərimdəki bıçağı ağaclıq əraziyə tulladım. Bir az sonra evə polislər gəldi. Hadisə zamanı mağazadan heç bir məbləğdə pul götürməmişəm”.
Marketin müdir müavini Əlibala Orucov ifadəsində bildirib ki, hadisə vaxtı satıcı Zəfərlə piştaxtalara malların yerləşdirilməsi ilə məşğul olublar. Buna görə başları bir qədər qarışıq olub: “Zəfərə kassaya getməsini tapşırdım. Həmin vaxt mağazaya daxil olan hündürboylu bir oğlan kassaya yaxınlaşaraq pulları götürdü. Dərhal oğlanın arxasınca getdim, onun qarşısını kəsib pulları qaytarmasını tələb etdim. Oğlanın qaçmaq istədiyini hiss edib onu mağazanın içinə doğru itələdim. Əlini qapının çöl tərəfinə sıxdım və pullar yerə töküldü. Bu zaman oğlan bıçaq çıxardı, yerə tökülən pulları yığmaq istədi. Həmin vaxt Zəfər oğrunun əlindən pulları aldı, oğlan qaçıb getdi. DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verdik. Oğlanın nə qədər pul aparmasını yoxlayarkən 5 manat əskik olduğunu müəyyən etdik. Heç birimiz xəsarət almadıq”.
Məhkəmədə mağaza rəhbərliyi və işçilər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər.
O.Bayramov Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilib.
Tarix: 23-10-2021, 19:46
-
Bu gün, 12:02
Qubada kəndin örüş sahələri satılır? - VİDEO
-
Bu gün, 11:08
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb- VİDEO
-
Bu gün, 11:07
Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
-
Bu gün, 09:09
İsrail vurdu: İranda gözlər başqa ölkəyə çevrildi – Qalibafdan sərt sözlər
-
Bu gün, 09:04
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
-
Bu gün, 09:02
ADSEA insanlara belə su içirir - FOTO-VİDEO
-
Dünən, 16:53
Şirvanda qəzalı binadan köçürülən sakinlərin kirayə pulu ödənilmir - ŞİKAYƏT/VİDEO
-
Dünən, 16:46
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?-VİDEO
-
Dünən, 16:43
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
-
Dünən, 16:35
İndi də müştəriyə belə problem yaradırlar - NARAZILIQ
-
Dünən, 16:32
Polis bu rayonda ƏMƏLİYYAT KEÇİRDİ
-
Dünən, 11:41
Ukrayna Krıma aparan körpülərə zərbə endirir
-
Dünən, 11:30
Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... - ÇIXIŞ YOLU...
-
13-06-2026, 22:39
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı – Rəsmi
-
13-06-2026, 22:36
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
-
13-06-2026, 22:28
Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib - "The Telegraph"
-
13-06-2026, 22:25
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
-
13-06-2026, 18:05
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq - ARAŞDIRMA
-
13-06-2026, 17:45
Tərtər rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
-
13-06-2026, 12:56
"Ana-bala" parkını SATDILAR: sakinlər narazıdır... - FOTOLAR
-
13-06-2026, 09:55
Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI?
-
13-06-2026, 09:54
Bakıda tikinti şirkəti ilə sakinlər arasında narazılıq (VİDEO)
-
13-06-2026, 09:51
"Embawood"un vergi borcu 1.6 milyonu ötdü
-
13-06-2026, 08:55
Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...
-
12-06-2026, 22:45
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama
-
12-06-2026, 22:35
Rayon rəhbəri sahibkar Zəfər Nəsirovun müasir istixana kompleksi ilə tanış olub
-
12-06-2026, 22:34
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
-
12-06-2026, 22:26
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz”
-
12-06-2026, 22:21
Tərtərdə Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
-
12-06-2026, 21:57
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq