Ramiz Zeynalovun nəzərinə: Xaçmaz MERO-su vətəndaşdan sürücülük vəsiqəsi üçün 1000 manat pul istəyir
Xaçmaz rayon sakini Mürsəlli Elçin Nəsrəddin oğlu Xaçmaz rayon MERO-sundan (DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsi) şikayət edib. Şikayətçi vətəndaş internet telekanallarına verdiyi video müsahibəsində bildirib ki, sürücülük vəsiqəsi almaq üçün Xaçmaz rayon MERO-suna (DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsi) müraciət edib. Xaçmaz rayon MERO-su şikayətçi vətəndaşa sürücülük vəsiqəsi almasına görə, 960 manat ödəniş etməsi üçün yazılı kağız veriblər.
Şikayətçi, Xaçmaz rayon sakini Mürsəlli Elçin Nəsrəddin oğlu bildirir ki, həmin 960 manat ödəniş etməsi üçün yazılan kağızda MERO-da sürücülük vəsiqəsi verən şəxsin imzası və əlaqə nömrəsi də yazılıb pul kimə veriləcək: "Mənim isə bu pulu ödəməyə imkanım yoxdu və onlara bildirdim ki, mən gücüm yalnız 300 manat ödəniş etməyə imkanım çatır. Bununla bağlı yüksək vəzifəli məmurlardan xahiş edirəm, mənə köməklik eləsinlər, pravamı (sürücülük vəsiqəsini) alım.
Üstəlik mən avtoşkolada (sürücülük oyrənmə məktəbi) oxumuşam və sürücülük vəsiqəsi almaq üçün imtahan kağızımı da almışam. Həkimlərdən də sənədim var. Mənə köməklik edilsin, məndə pravamı alıb işimlə məşğul ola bilim. Hər bir sənədimdə var. Sadəcə mənim maddi imkanım 960 manat ödəməyə çatmadığına görə pravamı ala bilmirəm."
Şikayətçinin problemi ilə bağlı Xaçmaz rayon MERO-su (DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsi) ilə əlaqə yaratmağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi DYP-nin Xaçmaz rayonundakı Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin məsul şəxsində münasibətin ictimailəşdirməyə hazırıq