17 yaşlı ictimai fəal, Sənay Yağmurun (Qəhrəmanlı) içkisinə narkotik qataraq onu zorlamaqda ittiham olunan xalası oğlu Əsgər Ağayev barəsində məhkəmə qərar verib. Pravda.az xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən Ə.Ağayev barəsində həbs qətimkan tədbiri qərarı seçilməsi üçün məhkəməyə təqdimat verib.
Binəqədi rayon məhkəməsinin qərarı ilə Əsgər Ağayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Ağayev istintaq təcridxanasına köçürülüb.
Qeyd edək ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib. O əlavə edib ki, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanov qanunsuz olaraq cinayət işinə xitam verib.
Tarix: 21-10-2021, 22:02