Vətəndaşa çevrilmək zərurəti

İlham Hüseyn
Dəyərlərin məhv edilməsinə susmaq, həm də dəyərsizliyə adaptasiya olmaqdır. Heç nə təsadüfi deyil. Əslində, rejimin bu günə ögey, sayğısız münasibəti də təbiidir. Hüquq ayaqlar altına atılanda, büdcə zorlananda, seçki qutusu təcavüzə məruz qalanda elə möhkəm susduq ki, sükutun səsi qulaq batırdı. Bəli, bizim sükutumuz, dəyərlərin ah-naləsiydi. Biz cəmiyyət olaraq əlamətdar günlərin, əlamətdar hadisələrin əlamətlərinin qayçılanmasına dözüm nümayiş etdirmişik.
Biz səbri ən böyük günaha çevirmişik. Vicdanımızla ölkədə başverənlər arasında o qədər qalın sədd çəkmişik ki, günahsız insanlara zülm edilməsi, dövlətin oyuncağa çevrilməsi, yaramaz adamların yararlı başları kəsməsi bizi tərpətməyib.
Bir ölkə üçün ən əlamətdar hadisə, hər bir insanın vətəndaşa çevrilə bilməsidir. Vətəndaşlıq məsuliyyəti, vətəndaş qüruru, vətəndaş əzmi yoxa çıxanda, dövlət xəstələnir. O zaman əlamətdar günlər də xəstəliyə yoluxdurulur. Biz xalq olaraq yuxarıdan düşməsəydik, bizi və şərəfli tariximizi bu qədər aşağılaya bilməzdilər. Yuxarıya qalxmaq lazımdır, mütləq lazımdır. Xalqın başının üstündə avtoritarizmin ayağı olmamalıdır…
Tarix: 18-10-2021, 22:17
Xəbəri paylaş



Xəbər lenti