PREZİDENTİ KİMLƏR VƏ NECƏ ALDADIRLAR… - Və yaxud Vasif Talıbovun vəzifədən qovduğu Kəramət Əliyevi “5-ci kolon” necə məhkəmə sədri təyin etdirdi…

PREZİDENTİ KİMLƏR VƏ NECƏ ALDADIRLAR… - Və yaxud Vasif Talıbovun vəzifədən qovduğu Kəramət Əliyevi “5-ci kolon” necə məhkəmə sədri təyin etdirdi…

Haqqında məlumat verdiyim şəxs 24 il Naxçıvan Muxtar Respublikasında hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə  işləmişdir. Görün, nə cür  işləmişsə, onun qanunsuz əməllərinin sorağı bütün Naxçıvana yayılmış və sonda Ali Sovetin sədri Vəsif Talıbovun haqlı qəzəbinə tuş gəlmişdir. Belə ki, Vasif Talıbov tərəfindən Naxçıvandan qovulan Kəramət Əliyev evdən pencəyini belə götürüb geyinə bilməmiş, ayağı yalın Bakıya qaçmışdır.
Məzlum sifətdə Bakıya qaçan Kəramət Əliyev hələ təyyarədə olarkən fikirləşirdi ki, paytaxtda kimlərə sığınsa, işi rəvan ola bilər. O, belə də etdi, Vasif Talıbovun əlindən zəncir çeynəyən “5-ci kolon”un nümayəndələrinə qarmaq atdı və istəyinə nail oldu. Belə ki, o, “5-ci kolon”un dəstəyi ilə Məhkəmə Hakimiyyətində özünə yer etdi...
2011-2018-ci illərdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin, 2018-ci ildən 13.09.2021-ci ilə kimi Suraxanı rayon Məhkəməsinin sədri vəzifəsində işlədi. O, fəaliyyəti müddətində əlinə düşən fürsətdən sui-istifadə edərək millətinə qənim kəsildi, imkanlılardan istədiyi pulları almaq üçün imkansızlara zülm etdi, qanunda tutulmayan həddən də artıq cəza təyin etməklə, özünə böyük sərvət toplamağa başladı.
Dəyərli oxucuların diqqətinə çatdırım ki, Kəramət Əliyevin qanunsuz hökmünün qurbanlarından biri də bu sətirlərin müəllif olub. Odur ki, bəri başdan Kəramət Əliyevi məhkəmə sistemindən uzaqlaşdıran dövlət başçısına və bu məsələdə əli olan hər bir kəsə minnətdarlığımı bildirirəm.
Kəramət Əliyev hakim işlədiyi müddətdə Azərbaycan Respublikası adından çıxardığı bütün qərarlardan qanusnuz maddi gəlir əldə etdiyini desəm, yanılmaram. Sual yaranır, görəsən K.Əliyevin məhkəmə sədri olması üçün şəxsi işini   Prezidentə kim təqdim etmişdir? Görəsən, belə bir adamı hakim təyin etdirməklə, Prezidenti kim aldatmışdır? Üstəlik, onun məhkəmə sisteminə yerləşdirilməsi zamanı Məhkəmə Hüquq Şurasını da aldadıblar...
Kəramət Əliyevin sədrlik etdiyi müddətdə şəxsimlə bağlı bir-iki epizodu xatırlatmaqla, çıxardığı çoxsaylı qanunsuz qərarları diqqətinizə çatdıracağam.
Kəramət Əliyevin fəaliyyəti müddətində cinayət törətdiyini bu gün mən yox, Daxili İşlər Nazirliyi tərəfindən verilən rəsmi sənədlər təsdiq edir:
1. Bildirirəm ki, Kəramət Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri olduğu müddətdə, 2011-ci ildə Məkəmədə  barəmdə məhkəmə istintaqı başlamışdır. Məhkəmə iclasının  ilkin  açlışı Hakim  Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi altında olmuşdur.  Lakin növbəti Məhkəmə iclası təyin edilən günü  müammalı səbəblərdən keçrilməmişdir. Məhkəmənin sədri Kəramət Əliyev mənim barəmdə işə baxan butün məhkəmə sədarətini  heç bir əsas  səbəb göstərilmədən dəyişdirilmişdir.   Kəramət Əliyev   ilk iclasına sədirlik edən hakim   Faiq Mahmudova  qabaqcadan Göstəriş vermişdir ki, B.Abdullayevə 12 il azadlıqdan məhrum etmə cəzası verilməlidir. İşlə tanış olan Hakim Faiq Mahmudov   Kəramət Əliyevə öz etirazını bildirmişdir. Burda mənəm Bağdadda babamdır deyən Məhkəmə sədri Kəramət Əliyev Bax bu səbəbdən də  mənim barəmdə olan işi Faiq Mahmudovun  icraatından  alınmışdır və tərkiblə birlikdə Prosesdən uzaqlaşdırmışdır.
2. Bundan başqa,  04.03.2009-cu ildə  Tovuz rayon Polis Şöbəsində toplanması iddia edilən bir materialı  2011-ci ildə  3 ildən sonra barəmdə toplanmış materiala əlavə edilərək həmin epizodla  oğurluq faktı ilə bağlı təqsirli bilinmişəm.  Ona görə toplanması iddia edilən  material deyirəm ki,  həmin materialla bağlı Cinayət içinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməmişdir. Həmin qərar bu gündə məhkəmə arxivində saxlanılan iş materiallarının içərisində yoxdur.  Bundan başqa  həmin materialın mənim barəmdə olan cinayət işinin materiallarına birləşdirilməsi barədə Prokurorluğ orqanları tərəfindən qəbul edilmiş Qərar  olmamışdır və bu gün də yoxdur. Belə olan halda Kəramət Əliyevin şəxsən göstərişi ilə  (177.2.4 Oğurluq xeyli miqdarda zərər vurulmaqla törədildikdə) həmin epizod üzrə, Məhkəmə mənə  5 il azadlığdan məhrum etmə cəzası təyin etmişdir.  Hakim Faiq Mahmudov  bax bu səbəblərə görə Kəramət Əliyevə etirazını bildirdiyi üçün kənarlaşdırılmışdır.
2011-ci ildən bu günə kimi Daxili İşlər Nazirliyinə və Aidiyyəti nəzarət orqanlarına haray -həşir salmışam ki, belə bir oğurluq faktı olmuşdurmu. Əgər  olmuşdursa, mütləq mənada   bu oğurluq faktı ilə bağlı DİN-nin Baş  Əməliyyat və Statistik İnformasiya İdarəsində qerdiyyat məlumatları aparılmışdır. Xahiş etmişəm ki, bu barədə mənə yazılı məlumat versinlər.
Nəhayyət  haqlı  şikayətlərimdən cana doyan, illərdir ki,  bəhanələr gətirərək başdansovdu cavablar vrməklə işini bitmiş hesab edən  DİN-nin bir qurup əməkdaşları, Polis polkovnik leytenantı Rza Əşrəfov, Polis Polkovniki Yaşar Əkbərov və BƏSİİ-nin rəis müavini Arzu Məmmədov tərəfindən birgə  tərtib rdilmiş və imzalanmış Arayışda  və DİN-nin BƏSİİ-nin rəisi Namiq Həsənov tərəfindən İmzalanmış 30.09.2021-ci il tarıxli, 012-31189  8A-3221 saylı cavab məktubunda  konkuret olaraq bildirilir ki, B.Abdullayevin müraciətində tələb edilən Tovuz Rayon PŞ-də 04.03.2009-cu il tarixdə toplanmış materialla bağlı  məlumatlar fərdi məlumatlar kateqoriyasına aiddir. Və DİN-də olub-olmamasından asılı olmayaraq üçüncü şəxsə yalnız subyektin təsdiqlənmiş  yazılı razılığı əsasında verilə bilər.
DİN-i bir başa hamımızın başa düşdüyü dildə bildirir ki, mən oğurluq faktı ilə bağlı 3-cü şəxsəm. Və mən oğurluq faktının subyekti deyiləm. Ona görədə mənə mənim barəmdə tətbiq edilən məlum oğurluq epizodu üzrə məlumat vrməməkdə haqlı olduqlarını bildirirlər.       
Bəli bu gün Kəramət Əliyevin qanunsuz əməlləri bərədə dövlət başçısı, hüquq-mühafizə orqanları, beynəlxalq təşkilatlar, KİV-i vasitəsi ilə ictimaiyyət qarşısında məsələ qaldırılmalıdır.  Kəramət Əliyev və onu Prezidentə təqdimat vermək üçün təqdim edənlər ədalət Məhkəməsi qarşısına çıxarılmalı və  cavab verməlidirlər.  Bir halda ki, bu gün DİN rəsmi təsdiq edir ki, B.Abdullayev  Tovuz rayonu PŞ-dən götürülmüş material -epizod uzrə subyekt olmamışdır, onda  Kəramət Əliyev  hansı əsaslarla həmin epizod üzrə B.Abdullayevə  5 il muddətə  azadlıqdan məhrum etmə cəzası təyin etdirmişdir.
Kəramət Əliyev bu kimi qanunsuz əməllərə  küllü miqdarda pul qarşılığında əl atmışdır. Təkcə bu fakt təsdiq edir ki, Kəramət Əliyev vəzifəsindən ancaq maddi marağı naminə sui-istifadə etmişdir.
Kəramət Əliyevin təkcə Məhkəmə sədri işlədiyi 11-12 il müddətində  Prezidentin siyasi kursuna qarşı çıxması, neçə  milyon manat  rüşvət alması, “5-ci kolon”un üzvü olması haqda daha ətraflı növbəti yazımda məlumat verəcəyəm. Amalım ədalətsizliyə qarşı ədalətli mübarizə aparmaqdır.
Abdullayev  B. A,
Nəzarət, Maliyyə təsərrüfat fəaliyyətinin təhlili üzrə iqtisadçı-ekspert
https://hurriyyet.az/az/post/prezidenti-kimler-ve-nece-aldadirlar---ve-yaxud-vasif-talibovun-vezifeden-qovdugu-keramet-eliyevi-5-ci-kolon-nece-mehkeme-sedri-teyin-etdirdi-349282
Tarix: 12-10-2021, 09:04
Xəbəri paylaş



Xəbər lenti