"QMİ-nin sədri vəzifəsinə Ocaq Nejatın sürücüsü olmuş şəxsin adı hallanır" - SENSASİON AÇIQLAMA


“Özünü şiə adlandıran azərbaycanlı “İranın dini lideri” ifadəsini işlətmir, “dini rəhbər”, “ağamız” deyir. Nə sünni, nə də şiəyəyəm, müsəlmanam, Allah bizi belə adlandırıb. Sünnilik və şiəlik sonradan ortaya atılmış siyasi məsələlərdir. Şiəlik anlayışını elə formalaşdırıblar ki, hansısa ayətullah mərceyi-təqlid olaraq qəbul edilməlidir. Ayətullahın sözü daha önəmli olur. Guya həmin ayətullah Allahın yer üzündəki nümayəndəsidir, həmin nümayəndənin sözü də din olaraq qəbul olunur. İndi Azərbaycanda istənilən şiədən soruşsanız, dini rəhbəri kimi Qafqaz Müsəlmanları İdarəsinin sədrini deməyəcək”.

 
Pravda.az-ın xəbərinə görə, bunu ilahiyyatçı Elşad Miri bildirib.
 

 
E.Miri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İranla bağlı mövqeyinə də münasibət bildirib: “O, görür ki, hakimiyyətin gözündən düşüb. Qafqaz Müsəlmanları İdarəsinin Qafqaza heç bir aidiyyatı yoxdur, özümüzü güldürməyək... Sadəcə, şou göstərirlər. İranla bağlı mövqelərində sanki Xarici İşlər Nazirliyinin diplomatdırlar. İranın yetişdirdiyi kadrlardır. O, Şuşa kimi bir yerdə dini liderin nümayəndəsini başa keçirərək namaz qılırsa, suallar ortaya çıxır. O, niyə başa keçməli idi? İndiyə kimi harada idilər? İran Qarabağı niyə Azərbaycan torpağı deyil, İslam torpağı adlandırırdı? O, (Allahşükür Paşazadəni nəzərdə tutur- red) Amuliyə yazılı şəkildə cavab verir. Bunu açıq şəkildə, efir vasitəsilə etmək olmazdımı? İndi də onun yerinə kimlərinsə adı hallanır. İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Ocaq Nejatın vaxtilə sürücüsü olmuş şəxsin, hazırda QMİ sədrinin nümayəndəsinin qurumun sədri olacağı deyilir. Pafosla alim, hacı kimi təqdim etdilər...”.
Tarix: 10-10-2021, 22:02
Xəbəri paylaş



Xəbər lenti