Generalın "Torqovı" və Bakı ətrafındakı mülkləri – Şok siyahı

Generalın
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin əmlaklarının üzərinə həbs qoyulub.
 

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mövlam Şıxəliyevin əmlaklarının üzərinə həbs qoyulmasına səbəb cinayət işi üzrə zərərçəkmişlərə ziyanın ödənilməsi ilə bağlı olub.
 
Mövlam Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında qeyri yaşayış sahəsi, Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 137.7 kv.m sahəsi olan daşınmaz əmlak, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak, Nizami rayonu, Qara Qarayev prospekti, 39a anvanında yerləşən daşınmaz əmlak, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak, Binəqədi rayonu, 7-ci mikrorayon, ev9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak, Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak, Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak, Binəqədi rayonu, Novxanı kəndi, 686 kv.m daşınmaz əmlak, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m sahəsi olan daşınmaz əmlak, Binəqədi rayonu, Goradil kəndi, 690a ünvanında yerləşən daşınmaz əmlak, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında ev 26 ünvanında yerləşən 197 kv.m əmlak, Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən 74,97 kv.m sahəsi olan daşınmaz əmlak, İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlakların üzərlərinə həbs qoyulub.
 
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, və istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Əliyev və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
 
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Tarix: 7-10-2021, 15:37
Xəbəri paylaş



Xəbər lenti