Psixoloq Vəfa ƏkbərDahi Psixoloq Abraham Maslow’a Görə Psixoloji Yetkinliyin 10 Əlaməti:
İnsanın yetkinliyini göstərən 10 xüsusiyyət: 1.Reallığın daha adekvat qəbul edilməsi, tendensiya, ətraf təsir, aktual tələbatlar, stereotip, mühakimələrdən uzaq olan düşüncə tərzi;
2.Özünü və ətrafındakı insanları olduğu kimi qəbul etmək, davranışında sünilik və vəhşiliyin olmaması, başqalarından da bu cür münasibəti qəbul etməmək;
3.Spontanlıq, təbiilik və sadəlik. Mövcud qayda, mərasim və ənənələrə hörmətlə yanaşmaq, lakin yumor hissini heç vaxt unutmamaq;
4.İşgüzarlıq. Bu cür insanlar adətən özləriylə deyil, öz həyat məqsədləri ilə məşğul olurlar. Onlarfəaliyyətlərini bəşəri dəyərlərə uyğunlaşdırır və fərqli baxış bucaqlarından dəyərləndirirlər. Bir növ onlar filosofdurlar;
5.Avtonomluq və ətraf mühitdən asılı olmamaq. Gərginlik yaradan faktorlara qarşı dözümlülük nümayiş etdirmək;
6.Fikirlərinin təravətliliyi – onlar artıq məlum olan şeylərdə də hər zaman yeni bir şey tapmağı bacarırlar;
7.Fəlsəfi yumor hissi. Bütün həyata və özünə yumor hissiylə yanaşmaq. Lakin bu insanlar yaxşı bilir ki, kiminsə itkisi və yaxud da dərdinə gülmək bu yumor hissinə qətiyyən daxil deyil;
8.Münasibətlərdə demokratiklik. Başqalarından öyrənməyə tam açıq olmaq;
9.Ümumilikdə bəşəriyyətlə bütövlük hiss etmək. Hansı sahədə olmağından və nə işləməyindən asılı olmayaraq yaradıcı olmaq.
10.Aid olduqları mədəniyyətə tənqidi yanaşma. Psixoloji yetişkin olan insanlar yaxşıları ayırıb, pisləri inkar edirlər. Özlərini bir mədəniyyətdən daha çox, bütöv bəşəriyyətə aid hiss edirlər.
Tarix: 6-10-2021, 23:30