Jurnalist icra başçısının qanunsuz əməllərindən Prezident İlham Əliyevə MÜRACİƏT etdi: “Asif Ağayev Beyləqanı talayır…”



Jurnalist icra başçısının qanunsuz əməllərindən Prezident İlham Əliyevə MÜRACİƏT etdi: “Asif Ağayev Beyləqanı talayır…”
“Asif Ağayev təkcə rayonun abadlığına, sosial-iqtisadi irəlləmənin inkişafın maneçilik törədmir. O, həm də Beyləqan rayonunda sahibkarlıqla məşğul olmaq istəyən vətəndaşlara da problemlər yaradır.”

Jurnalist, RealMedia.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu Prezident İlham Əliyevə Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin bir sıra qanunsuz əməllərindən və özbaşınalıqlarından yazır.
“RealMedia.az” olaraq jurnalistin Prezident İlham Əliyevə etdiyi müraciətini olduğu kimi dərc edirik:

“Möhtərəm cənab Prezident!
Mən hər zaman ictimai fəal və vətəndaş cəmiyyətinin üzvü kimi, eləcə də bir jurnalist olaraq dövlətə və cəmiyyətə bir faydam olsun istəmişəm. Haqsızlığa, ədalətsizliyə qarşı susmamışam. Çünki bunu bacarmamışam. Heç vaxt da dövlətə və hakimiyyətə qarşı müxalif fikir daşıyıcısı olmamışam. Hər zaman Sizin mövqeyinizi daxili və xarici siyasətinizin təbliğatçısı və dəstəkçisi olmuşam. Mətbu fəaliyyətimdən dolayı isə məmur özbaşınalığına, korrupsiyaya qurşanmış məmurlara qarşı tənqidi yazıların müəllifi olmuşam. Məni buna çəsarətləndirən və fəaliyyətimi stimullaşdıran amillərdən biri də ölkədə fikir plüralizmi, azad media mühitinin formalaşması, ictimai nəzarətin gücləndirilməsidir. Məhz bütün bunlara görə də heç vaxt, heç nədən çəkinməmişəm. Peşə fəaliyyətimdən dolayı hər zaman korrupsioner, rüşvətxor məmurlara qarşı barışmaz mövqedə olmuşam, onların qanunsuz əməllərini ifşa etmişəm. Ələxüsusda, dövlətin puluna və əmlakına göz tikən, vəzifəsində sui-istifadə edərək dövlət əmlakını və vəsaitini mənimsəyən məmur tiplərinə qarşı. Hətta yeri gəlib onları ən sərt şəkildə tənqid etməkdən də çəkinməmişəm. Məqsədim isə korrupsioner, rüşvətxor məmurlar ifşa etmək, onlara layiqli olduğu cəzaların verilməsidir.
Bir çox hallarda isə özüm həmin şəxslərin təyziqi və təhdidləri ilə üzləşmişəm, haqsız yerə məhkəmələrə verilmişəm. Hətta elə olub ki, tənqid etdiyim məmurlar məni həbs etdirmək, öz qanunsuz və korruptiv əməllərinə “bəraət” almaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxıblar. Lakin sizə etdiyim müraciətlərim məni onların şərində xilas edib.
Sonuncu dəfə isə (2017-cı ildə) sifarişli şəkildə etmədiyim əmələ görə (Ağcabədi təhsil şöbəsi tərəfindən mənimsənilmiş 897 min manat vəsaiti aşkara çıxalımasına vəsilə olmuşam) həbsimə fərman verilmişdir. İttihamçı prokuror məhkəmədə mənə 5 il müddətində azadlıqdan mərhum olunmam üçün iş istəmişdir. Ancaq sizə etdiyim haqlı müraciətimdən dolayı mən həbs edilmədim.
Möhtərəm cənab Prezident!
Bu günlərdə də haqlı tənqidimin qurbanı olmaq riskini yaşayıram. Məndə olan məlumata görə artıq Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev bu istiqaməətdə hərəkətə keçib və dolayısına məni məhkəməyə verdirir və həbsimə nail olmaq istəyir. Səbəb isə son vaxtlar Asif Ağayevin bir icra başçısı kimi qənaətbəxş olmayan fəaliyyətindən, yarıtmaz idarəçiliyindən, rayona ayrılan dövlət vəsaitlərinin yalnız cuzi bir hissəsinin təyinatı üzrə xərcləndiyini, çox hissəsinin isə özü və eləcə də ətrafında şəbəkələşən “pulyeyən” komandası tərəfindən mənimsənildiyi iddialarından, “Forma-2” əməliyyatlarından və ağılasığmaz kadr təyinatlarından yazmağımdır.
Cənab Prezident!
Beyləqan rayonunda vəziyyət sizə məruzə olunanlar kimi heç də yaxşı deyil, acınacaqlıdır. Demək olar ki, Asif Ağayevin Beyləqan rayonuna təyinatı bu rayon üçün düşərli, xeyirli-uğurlu olmayıb. Asif Ağayev icra başçısı kimi düzgün kadr seçmək səriştəsinə sahib deyil. Asif Ağayev kadr təyinatlarında bacarıqlı, peşəkar, işini bilən kadrlara deyil, korrupsiya sahəsində “təcrübə” qazanmış şəxslərə üstünlük verir. Məsələn, vəzifəyə təyin olduğu 2 il 9 ay ərzində Asif Ağayev Rayon Təhsil şöbəsinə 4 nəfər təyin edib, 9-4 aydan sonra da onları çıxarmasının səbəbini özü açıqlamasa da, rayon ictimaiyyəti “müdirdəyişmənin” səbəbini rüşvət və korrupsiya ilə bağlamaqda səhv etmir. Asif Ağayev hansısa idarə və müəssisəy kadr təyin edərkən o şəxslərə üstünlük verir ki, onlar korruptiv və digər hüquqpozmalara görə əvvəl ki vəzifələrindən qovulublar. Həmin korrupsioner şəxsləri isə Asif Ağayev hansı marağa irəli çəkir, bunu heç kim anlamır, bilmir. Hər halda bunu korruptiv maraqlar naminə edir. Baxmayaraq ki, bu günləri ölkəmizdə köklü islahatlar aparılır, düzgün kadr siyasəti prosesi həyata keçirilir. Görünən o ki, Asif Ağayev bunlardan xəbərsizdir. Əgər xəbəri olmuş olsaydı, uzun illər DSMF-nun Beyləqan rayon şöbəsinin müdiri işləmiş, “penisiya alverçisi” Anar Vəliyevi MİS rəisi vəzifəsində gətirməzdir. O, Anar Vəliyev ki, DSMF-nun müdiri işləyərkən adı bir sıra qanunsuzluqlarda, vətəndaşlara qeyri-qanuni yollarla yüksək penisiya təyin etməkdə hallanıb. Ən əsası da odur ki, Anar Vəliyev DSMF-nun rayon şöbəsində müdir işləyərkən 200 min manatdan yuxarı vəsaiti mənimsəməməkdə təqsirləndirilib. Və tabe olduğu qurumun audit yoxlaması tərəfindən həmin vəsait ödənildikdən sonra ərizəsi alınaraq işdən azad olunub.
Bu günləri Anar Vəliyev icra başçısının ən sevimli, korrupsiya sahəsində “ixtisaslaşmış” və “təcrübə” qazanmış kadrıdır. Söz gəzir ki, Anar Vəliyev 2018-ci ildən bu günə qədər MİS –nə (çoxmənzilli binaların təmirinə) ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. Ayrılan vəsaitlərin müqabilində bir faizdə olsun iş görməyib, əgər görübsə yerində göstərsin ki, bu binanın təmirinə sərf olunub. İşsiz adıyla işə götürdüyü işçilərin əksəriyyəti isə imkanlı, yüksək penisiya alanlardır. Bunu isə icra başçısı yaxşı bilir. İcra başçısı bilir ki, Anar Vəliyev hansı imkanlı şəxsləri “JEK”-ə işə götürüb. Ancaq susub, Anar Vəliyevə bir söz deyə bilmir. Həqiqi işsizlər isə qalıb kənarda. Anar Vəliyev özü isə həftədə 1-2 dəfə işə gələ, ya gəlməyə.
Başqa bir tərəfdən isə Asif Ağayevin adı daha çox rayonun abadlığına ayırılan dövlət vəsaitlərinin mənimsənilməsində çəkilir.
Belə ki, 2019-cu ildə rayonun abadlıq işləri üçün dövlətin ayırdığı 1(bir) milyon manat pulun vur-tut 200 (iki yüz) min manatını təyinatı üzrə xərcləyib, qalanını özü və işbaz şərikləri ilə maxinasiya edərək mənimsənilib. Həmin vəsaitin qarşılığında 2 km məsafədə yaşıllıq salınıb, qiyməti 3 manatdan alınan yolka ağacları əkilib. Birdə ki, rayonun ərazisində torpaq daşınıb tökülüb. Və bir neçə də işıq dirəkləri və skameykalar alınıb. Bununla da1 milyon manat vəsait silinib. 2020-ci ildə isə Beyləqan şəhərinin daxili küçələrinin asfaltlaşması üçün ayırılmış 446 (dörd yüz qırx altı) min manat dövlət vəsaitinin yalnız cuzi bir hissəsinin təyinatı uzrə xərcləndiyi, vur-tut 2 km uzunluğunda asfalt işi görülmüşdür ki, bu da 20 min kv/metr asfalt qoyulub. Yerdə qalan vəsaitlərin isə icra başçısı ilə işi görən şirkət arasında bölüşdürüldüyü iddia edilir. Əminliklə demək olar ki, Asif Ağayevin Beyləqanda rəhbər vəzifədə fəaliyyətə başladığı 2019-cu ilin fevral ayından indiyədək RİH-nin nəzarəti və sərəncamı ilə görülən (görülmüş kimi təqdim olunan) işlərin “forma-2”-ləri diqqətlə yoxlanılsa və rəqəmlər faktiki həcmlə tutuşdurulsa, dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə biləcək yeyintilər aşkarlanar.
Cənab Prezident!
Asif Ağayev təkcə rayonun abadlığına, sosial-iqtisadi irəlləmənin inkişafın maneçilik törədmir. O, həm də Beyləqan rayonunda sahibkarlıqla məşğul olmaq istəyən vətəndaşlara da problemlər yaradır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, bunun üçün də Beyləqan rayon icra hakimiyyətinə müraciət edən vətəndaşlara belə süni əngəllər yaradılır. Rayonda mövcud ərazilər var ki, həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün məsələn, deyək ki, həmin yerdə gözəl bir obyekt və yaxud hansısa bir möhtəşəm obyekt inşa etmək mümkündür və bunun üçün də həmin ərazi əlverişli şəraitə malikdir, orda nəysə inşa etməklə həm rayonun abadlığına, gözəlliyinə töhfə vermək olar, həm də rayon camaatının müəyyən bir hissəsinin işsizlik probleminin həll etmək mümkündür. Ancaq icra başçısı buna imkan vermir. İcra başçısı imkan vermir ki, rayonda biznes mühiti formalaşsın, sahibkarlı fəaliyyəti getdicə inkişaf etsin. Baxmayaraq ki, Sizin səyləriniz nəticəsində ölkəmizdə həm biznes mühitinin formalaşmasında, həm də ki, sahibkarlıq fəaliyyətinin uğurla həyata keçirilməsi istiqamətində bir çox nailiyyətlər qazanmışıq. Lakin Asif Ağayevin Beyləqan rayonundakı uğursuz fəaliyyəti nəticəsində istər rayonun sosial-iqtisadi tərəqqisində, istərsə də sahibkarlıq subyektlərinin yaradılmasında uğursuluqlar yaşanır.
Cənəb Prezident!
Sizin Mehriban xanımla birlikdə Ulu Öndərimizin memarı olduğu Azərbaycan Respublikasının çiçəklənməsi və inkişaf etməsi üçün etdikləriniz danılmazdır. Uğurla həyata keçirilən iqtisadi siyasət, məhkəmə islahatı, eyni zamanda korrupsiyaya qarşı mübarizə sizin müstəqil Azərbaycanımızın daha da çiçəklənməsinə yönəlik əməllərinizin həyata keçirilməsində israrlı olmanızın bariz nümunəsidir. Son vaxtlar korrupsiyay yol vermiş bəzi yüksək rütbəli məmurların, icra hakimiyyəti başçılarının həbs edilməsidə onu göstərir ki, siz öz yolunuzda möhkəmsiz, qətiyyətlisiz. Bundanda hər bir icra başçısı nümunə götürməlidir. Xalqı narazı salmaqla onlar əslində Dövlətə, Dövlət Başçısına inamı sarsıdırlar və mən hesab edirəm ki, bu şəxslərə qarşı da dönməz mübarizə aparılmalıdır.

Odur ki, Sizdən qeyd etdiyim korrupsiya hüquqpozmalarının, eləcə də 2019-cu ildə Beyləqan rayonunun abadlığına ayrılmış 1 milyon manat vəsaitin təyinatı üzrə, o cümlədən də 2020-ci ildə Beyləqan şəhərinin daxili küçələrinin asfaltlaşması üçün ayırılmış 446 (dörd yüz qırx altı) min manat dövlət vəsaitinin tam şəkildə xərclənib xərclənməməsini komissiya yaradaraq yerində araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə,
“RealMedia.az” saytının
baş redaktor: Ramin Məhəmmədoğlu”
Tarix: 3-10-2021, 11:00
Xəbəri paylaş



Xəbər lenti