Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub. Pravda.az xəbər verir ki, senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polisləri onu hava limanına aparaıb və bir qrup azərbaycanlı ilə bərabər bu gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız "Atletlər kənd"inə aparılıb. "Atletlər kəndi"ndən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız covid-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.
Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri "Yeni Müsavat" qəzeti olub.
Tarix: 15-09-2021, 08:14