Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevi məhkəməyə verdi



AMEA prezidenti Ramiz Mehdiyevlə qurumun İşlər idarəsinin müdiri Elton Məmmədov arasında qalmaqal səngimək bilmir. Aralarında torpaq davasından tutmuş  vəzifə mübahisəsinə qədər davam edən gərginlik məhkəmə ilə nəticələnib.
 
AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin eks müdiri, Ziya Məmmədovun qardaşı Elton Məmmədov qurumu məhkəməyə verib.
 
Səbəb kimi Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı Elton Məmmədovun yerinə kürəkəninin qardaşı Fikrət Əliyevi gətirməsi olub.
 
Bizim.Media-ya bu barədə danışan Elton Məmmədov AMEA-nı məhkəməyə verməsi məsələsini nə təsdiq, nə də təkzib edib: "O mənim hüququmdur. Məhkəməyə verərəm, ya vermərəm, sizə nə? Məlumat vermək istəmirəm. Məhkəmə prosesi gedəndə deyəcəm, zamanında deyiləndə eşidəcəksiniz", - deyə Elton Məmmədov əlavə edib.
 
Məsələni Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə də dəqiqləşdirməyə çalışdıq.
 
Elton Məmmədovun AMEA-nı məhkəməyə verməsini təkzib etməməsi məsələnin gündəmdə olaraq həqiqətəuyğun olmasından xəbər verir.
 
Qeyd edək ki, Elton Məmmədovun AMEA-dakı vəzifəsinə Ramiz Mehdiyevin əmri ilə öz kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı Fikrət Əliyev təyin olunub.
Tarix: 14-09-2021, 22:44
Xəbəri paylaş



Xəbər lenti