DƏDRX Abşeron İdarəsində Fuad İbrahimovun gülməli rüşvət mexanizmindən şikayət var
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Şirəliyev Elşən Muxdər oğlu tərəfindən Respublika Prezidenti İlham Əliyevə və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin korrupsiya əməllərinin dərhal qarşısının alınması və ərizəsinə uyğun qanunvericiliyin tələblərinin yerinə yetirilməsi barədə müraciət ünvanlanıb.Aktualinfo.org Aşağı Güzdək qəsəbə sakini Elşən Şirəliyevin sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.O, yazır:Mən uzun müddətdir, 30 ildir ki, ailəmlə birlikdə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində fərdi evimdə yaşayıram. Bu evə qeydiyyat sənədim var. Belə ki, mənə Əfqanıstan Müharibəsi veteranı kimi Abşeron rayon İHB-nın Aşağı Güzdək kənd icra nümayəndəsinin 11 dekabr 1992-ci il tarixli, 609 saylı Sərəncamı əsasında fərdi mənzil tikintisi üçün 1000 kv.m.olmaqla torpaq sahəsi ayrılmışdır. (Arxiv sənədləri əlavə edilir)Həmin torpaq sahəsinə Aşağı Güzdək Bələdiyyəsi tərəfindən Yerquruluşu Planından çıxarış verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən 31 oktyabr 2012-ci il tarixli RƏYində bildirlir: “Abşeron rayon İHB-nın Aşağı Güzdək kənd icra nümayəndəsinin 11 dekabr 1992-ci il tarixli, 609 saylı Sərəncamı əsasında Şirəliyev Elşən Muxdər oğluna 0.0966 ha olmaqla torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.” (Sənəd əlavə olunur) AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mnənə ayrılmış 966 kv.m torpaq sahəsi üçün Torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanmış və 05 fevral 2013-cü ildə Dövlət Torpaq Kadastrı kitabında A N-421827 20513 nömrə ilə uçota alınmışdır.Abşeron rayon İH-nin başçısı xanım İ.Gülməmmədovanın imzaladığı 04 aprel 2017-ci il tarixli məktubunda bir daha təsdi edilir ki, kimi Abşeron rayon İHB-nın Aşağı Güzdək kənd icra nümayəndəsinin 11 dekabr 1992-ci il tarixli, 609 saylı Sərəncamı əsasında fərdi mənzil tikintisi üçün 1000 kv.m.olmaqla torpaq sahəsində inşaası nəzərdə tutlmuş bir mərtəbəli fərdi yaşayış evinin ( 110 kv.m) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və baş planı tərəfimizdən razılaşdırlır.” Lakin bütün dövlət orqanları tərəfindən mənə 1992-ci ildə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət sənədi almağım üçün verilən rəylərdən, kadastr sənədindən, arxiv arayışından, İH-nin razılaşdırma məktubunun olmasına baxmayaraq AR Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi cənab F.İbrəhimov əsassız olaraq 24 avqust 2021-ci il tarixli imtina məktubu ilə qəsdən imkan vermir ki, 29 il əvvəl mənə müharibə veteranı kimi verilmiş torpaq sahəmə mülkiyyət sənədi alım. Yaşadığım evimin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 4 saylı Ərazi İdarəsinə təqdim etdiyim ərizəmə əlavə etdiyim sənədlərə rəğmən idarə rəisi Fuad İbrəhimov 24.08.2021-ci iltarixli imzasıilə daxil olmuş cavab məktubunda bildirir:“Torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. Eyni zamanda bildirirk ki, torpaq sahəsinin ayrıca aktı və ya ilkin yerquruluşu planının sənədlərə əlavə edilmədiyi, istifadənizdə artıq torpaq sahəsinin olduğu aşkar edilmişdir.” Cavab olaraq bildirirəm ki, rəsmi məktubda qeyd edildiyi kimi, 1000 kv.m torpaq sahəsinin ayrılması barədə yerli qəsəbə nümayəndəliyinin 11 dekabr 1992-cu il tarixli sərəncamı nəzərə alınmır. Sual olunur o zaman niyə həmin torpaq sahəsi üzərində tikdiyim 110 kv.m üm. Sahəsi olan evimin olduğu torpaq sahəsinin plan və ölçüsü 05 fevral.2012-ci il tarixli, A N- 421827 sayla Dövlət Torpaq Kadastr kitabında QEYDİYYATa alınmışdır.Və mülkiyyətin hüquqi əsası kimi Abşeron r-n, Aşağı Güzdək qəsəbə nüm.11.12.1992-cu il tarixli sərəncamı göstərilmişdir? Abşeron rayon Arxiv İdarəsinin 02.08.2019-cü il tarixli ARAYIŞında bir daha təsdiq edilir ki, “ Abşeron rayonu, Aşağı Güzdək qəsəbə nümayəndəliyinin 609 saylı, 11.12.1992-cu il tarixli sərəncamına əsasən Şərəliyev Elşən Muxdər oğluna fərdi mənzil tikintisi üçün 1000kv.m torpaq sahəsi ayrılsın.Digər sənəd-Aşağı Güzdək Bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən ayrıc aktı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar A.Əliyevin təsdiq etdiyi möhürlə razılaşdırlılmışdır.Lakin mənə 29 il əvvəl verilmiş torpaq sahəsinə dair mülkiyyət sənədinin alınması üçün etdiyim müraciətə rəğmən AR Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi cənab F.İbrəhimov əsassız olaraq 24 avqust 2021-ci il tarixli imtina məktubunda bildirir:“ AR Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/ qəsəbə nümayəndəliklərin sərəncamların nəzərdə tutulmmışdır.”Bundan əlavə sözügedən torpaq sahəsinin 0.0156 ha hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir.”Rəsmi imtina məktubunda qeyd edilən əsasız bəhanələr təqdim edilmiş sənədlər əsaında əsassız olduğu sübuta yetirilir. Göründüyü kimi, burada torpaq sahəsinin az bir hissəsinin elektrik xətti altında yerləşməsilə bağlı onu qeyd etmək olar ki, bu xətt 12 il əvvəl inşa olunmuşdur. Yəni torpaq sahəsi bizə rəsmən verildikdən 17 il sonra. Buna görə isə biz fiziki şəxs olaraq heç bir məsuliyyət daşımırıq. Yəni bu irad əsassız fərziyədir.Qaldı ki, Əsas bəhanə kimi göstərilən- “AR Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/ qəsəbə nümayəndəliklərin sərəncamların nəzərdə tutulmmışdır.” İrada cavab olaraq bildirmək istəyirəm ki, Bələdiyyələr mövcud olmamışdan əvvəl, yəni 2000-ci ildən əvvəl bütün torpaq sahələri yerli İH-nin nümayəndəliklərinin sərəncamları əsasında verilirdi. Və həmin sərəncamlar əsasında verilən torpaq sahələrinin hamısına mülkiyyət sənədi olan çıxarış verilmişdir. Bir daha xatırladım ki, mənə bu torpaq sahəsi 1992-ci ildə verilib. Cənab Prezidentin 439 nömrəli Fərmanı isə 2015-ci ildə verilmişdir. Və bu Fərmanın bizim torpaqlara şamil olunmur.Digər fakt ondan ibarətdir ki, yaşadığım qəsəbə ərazisində qonşuluğumda olan mən qarışıq 12 belə yerin 10-na 4 saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mülkiyyət sənədi təqdim etmişdir. Mənə çatdıqda isə ayrısekçilik edərək rəsmi imtina məktubu yazırlar. Nə baş verir? “Kasıba çatdı, dərman yatdı” yoxsa idarənin səlahiyyətlilərinin saqqalının altından keçməyə maddi imkanımız olmadı? Təbii ki, bu məsələ hüquq-mühafizə orqanlarının işidir Və son illərdə təkcə mənim yaşadığım ərazi üzrə , özlərinin qeyd etdikləri kimi qəsəbə nümayəndəliklərinin torpaq sahəsi barədə eyni dövr üçün verdikləri sərəncamlar 10 nəfər qanuni hesab olunur, amma mənə aid olan hissədə qanunsuz hesab olunur.Yəni, 4 saylı İdarə rəhbıərliyi bu qanunsuz hərəkətilə, yəni mənə əsassız imtina məktubu göndərməklə, digər oxşar işlərlə bağlı 10 vətəndaşın torpaq sahələrinə mülkiyyəti təsdiq edən sənədlər verməklə öz subyektiv maraqlarını təmin etmişdir. Yəni, vəzifə səlahiyyətindən süi-istifadə etmişdir, insanlar arasında ayrıseçkiliyə yol vermişdir, vəzifə saxtakarlığına yol vermişdir. Bir sözlə, ciddi korrupsiya hüquqpozuntusuna yol vermişdir. Cənab Prezident Sizdən bir Əfqanıstan müharibəsi veteranı və 2-ci qrup gözdən əlil olan bir şəxs kimi xahiş edirəm ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystr i Xidmətinin 4 sylı Ərazi İdarəsinin son illərdə qeyd etdiyim fakt üzrə törətdiyi korrupsiya faktlarının araşdırlımasına göstəriş verməyinizi və mənə məxsus qanuni aldığım 1000 kv.m torpaq sahəsinə mülkiyyət sənədinin verilməsinə köməklik etməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
Tarix: 7-09-2021, 17:14
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO
-
26-10-2024, 17:15
Masazırda zibilliklərin üstündə tikilən evlər - Abşeron RİH maklerlə necə “anlaşıb“?
-
25-10-2024, 10:08
QARABAĞ QAZİSİ DƏRMANLARINI ALA BİLMİR... - “Atamı qanunsuz olaraq işdən çıxardılar..." / FOTO