Elm deyir ki, dostluq belə qurulmalıdır


Dostlar nə üçündür? Bu, ritorik sual deyil. Dostluq həyatdakı ən vacib məsələlərdən biridir, amma çox zaman dostluğun qədri bilinmir.
İnsanın kampaniyada olmaq arzusu hüdudsuz görünə bilər, amma aparılan tədqiqata görə, bizim sosiallaşmaq arzumuzun da bir sərhəddi var – biz ancaq müəyyən zaman ərzində çox sayda münasibətin öhdəsindən gələ bilərik. Sosioloqlar insanların ictimai şəbəkələrinin ölçüsünü təxmin etməkdən ötrü bir sıra yanaşmalardan istifadə ediblər: ortaya çıxan nəticələrə görə, şəbəkələr 250 ilə 5,500 arasında dəyişir. (Bir araşdırma tezisinə görə, olduqca dostcanlı insan olan Franklin D. Ruzveltin 22, 500 tanışının olması ehtimal edilir). Dostluq haqqında daha konkret danışılarsa, yaxınlığın göstəricisi sayılan milad açıqcalarının mübadiləsindən yararlanan bir tədqiqat zamanı müəyyən olunub ki, sıravi insanın dostluq qrupu təxminən 121 insandan ibarətdir.
Hərçənd bizim ictimai şəbəkələrimiz nə qədər böyük olsa da, yaxın çevrəmiz olduqca dar olmağa meyillidir. Sıravi amerikalı ancaq 10-20 adama etibar edir. Bundan başqa, belə görünür, bu rəqəm azalmaqdadır: insanların dediklərinə görə, 1985-ci ildən 2004-cü ilə qədər yaxın bildikləri şəxslərin sayı üçdə iki qədər azalıb. Bu isə həm kədərlidir, həm də müəyyən nəticələrə gətirib çıxarır, çünki güclü sosial münasibətləri olan insanlar belə münasibələri olmayanlardan fərqli olaraq, daha uzun yaşamağa meyillidirlər.
Yaxşı bəs onda sizin ictimai əlaqələriniz zəifdirsə, nə etməlisiniz? Tədqiqat məhz bu məqamda sizə faydalı ola bilər. Hətta zəif ictimai əlaqələri olan insanlarla münasibətdə olmaq insanın əmin-amanlığına yaxşı təsir göstərə bilir. Hərçənd daha dərin dostluqlar qurmaq insandan vaxt tələb edə bilər. Kanzas Universitetinin bu yaxınlarda apardığı bir tədqiqata görə, tanışlıqdan təsadüfi dostluq qurmaq üçün ünsiyyət 50 saat vaxt alır, “həqiqi” dostluq qurmaq üçün əlavə 40 saat, yaxın dost olmaq isə ümumən 200 saat vaxt tələb edir.
Əgər bu sizə həddindən artıq çaba sərf etmək kimi görünürsə, onda durğun ictimai əlaqələri diriltmək faydalı ola bilər. Ünsiyyəti yenidən bərpa etmiş dostlar əvvəllər qurduqları inamı tezliklə bərpa edə bilirlər, eyni zamanda isə onlar bir-birlərini uzaq olduqları vaxt ərzində baş verən yeniliklərdən hali edə bilərlər. Əgər bütün bunların da bir faydası yoxdursa, siz yaxşı tanımadığınız insanlara bel bağlamağa başlaya bilərsiniz. Özümüzü açmaq bizi daha simpatik edir, yeri gəlmişkən bonus kimi bildirək ki, biz özümüz də ürəyimizi açdığımız adamları xoşlamağa meyilliyik.
Akademik ədəbiyyata görə, yaxınlıq üçün can atanda, əlaqə də uzunömürlü olur. Bu isə o deməkdir ki, biz necə dostluq və yaxınlıq üçün can atırıqsa, ətrafımızdakı tənha insanlar da eynilə dostluğa və yaxınlığa can atırlar. Ona görə də bu məqaləni oxuyandan sonra yaxınlığındakı insanlara yönəlin və yeni bir dost qazanmağa çalışın. Böyük ehtimalla siz ikiniz də bir-birinizə lazımsınız.
bilge.az
Tarix: 28-08-2021, 09:15
Xəbəri paylaş



Xəbər lenti