Ümid Partiyasının sədri İqbal Ağazadə Kənd Təsərrüfatı naziri İnam Kərimovla bağlı sensasion açıqlama verib. Neqativ.com-un xəbərinə görə, İ.Ağazadə deyib ki, kənd təsərrüfatı sahəsində qanunsuzluqlar baş verir:
İqbal Ağazadə "Bir müddət öncə də ən müasir, innovativ nazir hesab olunan İnam Kərimovun fəaliyyətinə münasibət bildirmişdim... Bazarda 2 400 manata satılan inəyi innovativ və müasir nazir 6 750 manata rəsmiləşdirir. Qoyunun bazar qiyməti 320 manat olduğu halda, 720 manata rəsmiləşdirilir. Gübrənin 50 kiloluq kisəsi 18-20 manatdır. Amma nazirlik sənəddə 48 manata qeyd edir. Nazirlik dövlətin güzəştini də mənimsəyir. Məsələ ilə bağlı Baş Prokurorluq məşğul olmalıdır".
Nazirliyin mövqeyini dərc etməyə hazırıq.
Pravda.az
Tarix: 13-04-2021, 08:48