Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov yenidən sabiq MTN rəhbəri Eldar Mahmudovun qızını məhkəməyə verib.Unikal.org-un əldə etdiyi məlumata görə, A.Qaraşov “Caspian Service” MMC və Mahmudova Nərgiz Eldar qızı barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.
Aprelin 15-də Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, A.Qaraşov keçən il eyni səbəbə görə məhkəməyə müraciət etmişdi.
Tarix: 13-04-2021, 08:39