Qurban Məmmədovla Aslan İsmayılov arasında qalmaqal - "Səni qədər əxlaqsızı bu dünya görməyib"




Xaricdə yaşayan siyasi fəal Qurban Məmmədovla hüquqşünas Aslan İsmayılov arasında qalmaqal yaranıb.

Pravda.az-ın xəbərinə görə, A.İsmayılov deyib ki, 10-15 il ərzində tutduğu mövqeyə görə haqqında aparılan şər-böhtan kampaniyasına son günlər Qurqen də (Qurban Məmmədovu nəzərdə tutur-red) qoşulub

"Yalnız bir epizod üzrə izahat verirəm. Uzun illər məşhur tandem, son günlər isə Qurqen 1988-ci ildə Sumqayıt hadisələrinə görə Əhməd Əhmədovun güllələnməsində mənim iştirak etdiyimi tirajlayırlar. Bildirirəm ki, Ə.Əhmədov SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabrda Moskvada keçirilən məhkəməsində güllələnməyə məhkum edilib. Mən isə Ə.Əhmədov haqqında ancaq 1989-cu il Azərbaycana gəlib Sumqayıt hadisələrinə görə həbs edilən Eduard Qriqoryan işi üzrə prokuror kimi iştirak edəndən sonra bilmişəm. Bu barədə daha ətraflı "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı" kitabında yazmışam. Xüsusilə qeyd edim ki, Ə.Əhmədov haqqında heç bir sübut olmasa da Moskvada keçirilən məhkəmədə onun haqqında güllələnmə hökmü çıxarılıb və az müddət sonra hökm icra edilib. Bakıda keçirilən məhkəmə iclasında E.Qriqoryan haqqında çoxsaylı sübutlar əsasında mən güllələnmə cəzası istəsəm də ona cəmi 12 il həbs cəzası verilib və az müddət sonra o Azərbaycandan aparılıb və azadlığa buraxılıb.

Bu barədə adi vətəndaşların çoxu bilməsə də ömrünü intriqalara, təxribatlara, oyunbazlıqlara həsr etmiş, DTK-da ləqəbi "Pavlov" olmuş, Qurqen Sumqayıt hadisələrini, o barədə neçə məhkəmənin olmasını və onların haralarda keçirilməsini çox yaxşı bilir. Sadəcə bu canlı bu dəfə də növbəti murdarlığını həyata keçirir".

Qurban Məmmədov isə Aslan İsmayılova belə cavab verib: "Adamların DTK-dakı ləqəbini hardan bilirsən? Özünü ədəbli apar. Sonra bu tərbiyəsizliyinə görə peşiman olacaqsan. Çərçivəni aşma".

A.İsmayılov Q.Məmmədovun dediklərini cavabsız qoymayıb: "Deyəsən, adının Qurqen olduğunu yaxşı bilirsən. Səni qədər əxlaqsızı bu dünya görməyib və görməyəcək. Sənin ləqəbini isə mən səni müdafiə edəndə MTN rəhbərliyi demişdi, ləqəbini səni çoxdan tanıyanların hamısı bilir. Səni müdafiə edəndə doğma qardaşların da səndən imtina etmişdi. Heç kim sənə yaxın durmaq istəmədi, mən isə o vaxtlar sənin ailənə dayaq oldum. Sənin bəlanı tez tez adını çəkdiyin Allah verəcək. Yazıq balalarına".
Tarix: 7-04-2021, 22:07
Xəbəri paylaş



Xəbər lenti