Azərbaycan Demokratik Rifah Hərəkatının sədri Qubad ibadoğlu REAL Partiyasının sədri İlqar Məmmədovu uşaqpulu məsələsini müzakirə etmək üçün debata dəvət edib.Yeniavaz.com xəbər verir ki, İlqar Məmmədov "Facebook" sosial şəbəkəsindəki hesabından Qubad ibadoğlunun debat dəvətinə cavab verib.
Partiya sədri bildirib ki, hər hansı debatda iştirakımı Siyasi Komitə tənzimləyir: "Meyarlar var. Məsələn, qarşı tərəf hakim partiyadandırsa, o, YAP-da çox yüksək vəzifə tutmalı, ya da ən azı Milli Məclisin komitə sədri olmalıdır. Digər partiyadandırsa, İlham Əliyevin prezidentliyinə qarşı partiya sədri kimi özünün prezidentliyə namizəd olacağını bəyan etməlidir, çünki mən bunu artıq etmişəm. Debat internetdə yox, studiyada olmalıdır. Seçki ərəfəsində nadir istisnalar mümkündür”.