"Ərazi dövlətə məxsusdur, tərəflərə xəbərdarlıq edilib..." - Nərimanov Rayon İcra Hakimiyyəti



"KİV-də qaldırılmış məsələ ilə bağlı bildiririk ki, Bakı şəhəri, Dərnəgül-1 küçəsi və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən münaqişəli torpaq sahəsinin müəyyən bir hissəsində inşaat materiallarının satışını təşkil edən “Magistral-Ekspress” ATSC-nin rəhbərliyi ilə “Vətən Müharibəsi Əlillərinə Kömək” İB-nin bəzi üzvləri arasında həmin torpaq sahəsi ilə bağlı mübahisə yaranmış və qeyd olunmuş məsələ hər iki tərəfin iştirakı ilə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən bir neçə dəfə yerində araşdırılmış və mübahisələndirilən torpaq sahəsinin hazırki tarixə məhz dövlətə məxsus olması müəyyən edilmişdir".
"AzPolitika" xəbər verir ki, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin açıqlamasında belə deyilir.
İcra Hakimiyyəti bəyan edir ki, icraata başlanılmış sənədləşdirmə işləri tam başa çatdırılmadan həmin sahəyə iddialarının əsassız olması barədə “Vətən Müharibəsi Əlillərinə Kömək” İB-nin nümayəndələrinə məlumat verilmiş və sözügedən ərazidə əsasən inşaat materiallarının səyyar satışını həyata keçirən obyekt sahiblərinə, o cümlədən, “Magistral-Ekspress” ATSC-nin rəhbərliyinə səyyar satışın dayandırılması barədə tapşırıq verilmişdir.
"Əlavə olaraq qeyd edirik ki, münaqişə predmeti olan həmin ərazidəki torpaq sahəsinin zəbt olunmasının dəfələrlə qarşısı alınmış, sonradan həmin ərazi müvafiq cizgiyə əsasən yaşıllaşdırılmışdır. Hal-hazırda həmin məsələ mübahisəyə predmeti olaraq məhkəmə orqanları tərəfindən baxılmaqdadır.
Qeyd edirik ki, qanunsuz olaraq məhv edilmiş yaşıllıqların yenisi ilə əvəz olunması Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmin edilməkdədir. O cümlədən, yaşıllıqların məhv olunmasında günahkar şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə, Rayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır", - açıqlamada daha sonra deyilir.
Tarix: 2-04-2021, 14:31
Xəbəri paylaş



Xəbər lenti