Rüstəm İbrahimbəyovŞübhə
etmirəm ki, internetdə Cəmil Həsənlinin qızını ləkələyən yayılmış video saxtadır.
Hesab edirəm ki, bu saxtakarlığın arxasında Həsənlinin siyasi rəqibləri dayanır.
Utanıram ki, belə bir hadisə mənim vətənimdə ilk dəfə deyil ki, baş verir.
Əminəm ki, Həsənlini və ailəsini tanıyan hər kəs mənim fikrimi bölüşür.
Həsənlinin öz qızını dəstəkləyən və onun istədiyi kimi yaşamaq hüququna malik olması barədə açıqlaması məni qane edir.
Ziyalıların cəmiyyətimizin bu qədər biabırçı mənəvi vəziyyətdə olmasında özlərini günahlandıran hissəsi adından Həsənlinin ailəsindən üzr istəyirəm.
Contact.az
Tarix: 31-03-2021, 14:39