""Sədərək Yusif" hər dəfə gələndə kəndlilər kəlləri yaxınlaşdırırlar ki, rahat ov edə bilsin"



"Şahdağ Milli Parkının yaxınlığında Şahyaylağında “Sədərək Yusif”in (“Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyli – red) villası. Yusif Qədimbəyli Milli Parka girəndə ona “çest” verirlər. Qonaq-qarası ilə birbaşa gedir ora. Ondan ötrü hərdən yolları da sahamana salırlar. Xınalıqdan kəndlilərə bir az pul verilir ki, kəlləri sürüb (dağlarda qova-qova istiqamətləndirmək) bunun hüzuruna yaxınlaşdırsınlar. Bunlar rahat ata bilsinlər. Bu adam və qonaq qarası hər il kütləvi ov edir".
 
Pravda.az-ın xəbərinə görə, bu barədə “Ecofront” təşkilatı məlumat yayıb.
 
Qeyd olunub ki, bu barədə dəfələrlə yazılıb.
 
"Şahdağ Milli Parkının ürəyində İsmayıllı sektorunda Göyçay vadisində Paşnov dərəsində Ov evi. Hansısa şirkət burda əsasən kəl ovu ilə məşğul olurlar. Əsasən qərb ölkələrindən gələn əcnəbi turistlər olur. Lizensiyaları-filan olur (rəsmi ödənişi çox ucuzdur), amma oralarda ov etmək olmaz. Oralarda ov etmək qadağandır. Ərazi çox ucqar olduğundan ictimai nəzarət imkanı məhduddur. Şəkidə Şəxsi ovçuluq təsərrüfatının sahibi Elşad Alxasovun fəaliyyətini ciddi araşdırmaq lazımdır. Bir parça ovçuluq təsərrüfatı var. Göstərdiyi xidmət təsərrüfatın kapasitesindən çox görünür. Kənar ərazilərə keçməsi istisna deyil. Araşdırmaq lazımdır. Yaydığımız fotolatın hər biri ayrı-ayrılıqda qanuni ov ola bilər. Lisenziya almaq qanunla çox ucuzdur, amma rüşvət rəqəmləri ilə artırılıb, “imtiyazlı” və rüşvət verə bilən şəxslər üçün əlçatandır. Ümumilikdə, ov kvotalarının düzgün təyin edildiyinə və riayət edildiyinə ictimai nəzarət yoxdur və qanunsuz ov baş alıb getdikcə hər bir qanuni ov da davamlı ov ola bilməz" – məlumatda qeyd olunub.
 Fotoları təqdim edirik
















Tarix: 29-03-2021, 09:28
Xəbəri paylaş



Xəbər lenti