Deputat haqda ilginc iddialar... - Belə deyirlər...
Onunla bağlı xırda bir araşdırma zamanı bəlli oldu ki, Cavanşir Feyziyev 22 yaşında, yəni tay-tuşları universiteti bitirb iş başında olanda o, hələ 1-ci kursa daxil olub. Oxumaq, öyrənmək heç bir zaman gec deyil, amma axı niyə, Cavanşir müəllim, tay-tuşlarından nə az, nə çox düz 5 il geri qalıb. Düzdür, sonra Cavanşir Feyziyev arxadan “razqom” götürüb və tay-tuşlarını çox geridə qoyub. Təxminən 30 yaşında tərcümə fakültəsini bitirən Cavanşir Feyziyev dərman sahəsinə girişib . Vallah, adam heyrətə gəlir, tərcüməçi hara, dərman satmaq hara? Sonra Cavanşir müəllim qəlyan, siqaret, tütün məsələsinə girişib. Və bir müddət Filip Morris şirkətində işləyib. Yazının bu yerində düşündüm ki, sabah desələr ki, kosmonavt Feyziyev kosmosa uçur zərrəcə şübhəm olmaz. Sonra 42 yaşında Feyziyev aspiranturaya daxil olub, özü də fəlsəfə üzrə. Yenə heyrət. Tərcüməçi, dərman satan, tütün, qəlyan və fəlsəfə. Allah qoymasa, Cavanşir müəllim 2010-cu ildə xalqın səsi ilə Şəkidən deputat seçilib. Və… Bəli, Cavanşir müəllimin sahibi olduğu “Avromed” QSC-də maska alveri... Deməli, bunlar xalq üçün fəlakət olan koronavirus pandemiyasından, daha doğrusu, maska satmaqdan pul qazanırlar. Axı, dünyanın çox yerində maska pulsuz verilir, cənab deputat. Bəli, yayılan məlumatlara görə, deputata məxsus olduğu deyilən “Avromed” QSC-nin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı, Bakıda apteklər sahibi olan Riad Məmmədovun adı koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən 1 milyondan çox maska çıxararkən saxlanan şəxslərin içərisindədir. Buna nə deyirsən, cənab Feyziyev ? //gundelik-baku.com//