“Virusun ingilis variantını yaradıb milyardlarla pul qazanırlar, niyə Allahsızlıq edirlər?”

“Virusun ingilis variantını yaradıb milyardlarla pul qazanırlar, niyə Allahsızlıq edirlər?”

“Məni narahat edən odur ki, yalandan bir Birləşmiş Millətlər Təşkilatı yaradıblar, nə işlə məşğuldu bir adam bilmir, amma bütün dünya onlara pul köçürür”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Ş.Əbdül düşmənə arxa çıxan müsəlman dövlətlərini də qınayıb:
 
“Bir şeyi başa düşə bilmirəm ki, dünyanın yiyəsi varmı? Məni narahat edən odur ki, yalandan bir Birləşmiş Millətlər Təşkilatı yaradıblar, nə işlə məşğuldu bir adam bilmir, amma bütün dünya onlara pul köçürür. ATƏT, Avropa Şurası kimi mənasız təşkilatlar insanların əsəblərini korlayan, konkret maraqlara, pula xidmət edən təşkilatlardı. Bütün dünyanın gözü qabağında ermənilər nələr edirlər, amma onlara bir söz deyən yoxdur. Bu ermənilər kimdi axı. Bütün dünya türkdən, müsəlmandan qorxur. Mənim də əslim Ərdəbildən gəlmədir. İran İslam Respublikası özünə bu adı veribsə, necə olur məscidlərimizdə donuz bağlayan erməniləri müdafiə edir. İndi də koronavirusun ingilis variantını camaatın canına salıblar və milyardlarla pul qazanırlar. Bunlar dünyanı niyə dağıdırlar, niyə Allahsızlıq edirlər axı. Bu qədər ictimai təşkilatlar, dövlətlər onlara pul köçürür, amma hər dəfə virusun yeni forması ortaya çıxır”.

Tarix: 19-03-2021, 22:53
Xəbəri paylaş



Xəbər lenti