Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Bu gün mediada Ağstafanın icra başçısı Seymur Orucovun rayondakı problemlərə laqeyd, səhlənkar münasibəti ilə bağlı xəbər yayılıb. Qısa məlumat üçün bildirək ki, Ağstafa Rayonu İcra Hakmiyyətinin nəzdində olan Ağstafa Mərkəzi stadionu bərbad vəziyyətdədir. Sabiq icra başçı Məhərrəm Quliyevin dövründə yəni, 2019-cu ildə stadionun 2 meydançası təmir adı ilə sökülüb. Hazırda da stadionun meydançaları təmir olunmur, ətraf məkan çirkab içərisindədir. Şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı yeni icra başçısı Seymur Orucova müraciət etsələr də, şikayətə baxan olmayıb. Seymur Orucov deyib ki, bu məsələ məndən qabaqkı icra başçısının vaxtında olub, mənə dəxli yoxdur. Çox maraqlıdır ki, özünü bir neçə əcnəbi dildə danışan adam kimi göstərib ancaq ingils dilini bilməyən,''xaricdə təcrübə keçən'', dissertasiya müdafiə edənSeymur Orucov bilmir ki, dövlət idarəetməsində “məndən qabaq, məndən sonra “ yoxdur. Bütün baş verənlərə görə, dövlət və dövlətin təmsilçisi məsuliyyət daşıyır. Bunu Məhərrəm eləyib, yoxsa Seymur söhbəti ola bilməz. Sən icra başçısı kimi Perzidentin rayondakı nümayəndəsi olaraq bütün problemlərlə bağlı dərhal məlumat verməli və məsələnin həlli üçün çıxış yollarını göstərməlisən. Bunu keçmişin üstünə yıxmaq dövlət tərbiyyəsində yoxdur, cənab Orucov ! Bunu sənə dayın Həmkarların sədri Səttar Mehbalıyev, ya da qaynatan keçmiş rektor Şəmsəddin Hacıyev başa salmayıb ? Axı, siz gəncləri icra başçısı təyin edəndə möhtərəm Prezident İlham Əliyev cənabları sizi başa saldı ki, siz xalqın xidmətçisiniz, gedin xalqa qulluq edin. Siz isə başçılıq etdiyiniz, rəhbəri olduğunuz rayonda 1 həftə dayana bilmirsiniz. İki gündən bir Bakıya qaçırsınız. Axı, siz Bakının deyil, Ağstafanın rəhbərisiniz, Seymur müəllim ! Cənab prezident sizin kimi 34 yaşlı gəncə etibar edərək Ağstafa kimi rayona icra başçısı təyin edib. Bundan böyük etimad olarmı ? Amma siz etimadı itirə-itirə gedirsiniz. Bu günlərdə YAP Gənclər Təşkilatının sədri kimi mühüm vəzifənizi itirdiniz. Artıq partiyanın Siyasi Şurasının üzvü də deyilsiniz. Bular sizə nəsə demir ? Dəyəri 350 min olan xarici avtomobil sahibi olmağınız, uşaq bağçası müdirəsi olan yoldaşınız Çeşmə xanımın bu avtomobildə bağçaya işə gedib-gəlməsi, özünüzün mütəmadi Elmlər Akademiyasının yanında dolaşmağınız barədə mediada nələr yazılır,Seymur müəllim. 350 mini necə qazanmısan, cənab başçı ?
Bircə dəfə çıxın mediaya və öz mövqeyinizi ortaya qoyun. Ulu Öndər Heydər Əliyev deyirdi ki, mövqeyini ortaya qoy. Əks təqdirdə siz cavanlarla türmədə olan qoca icra başçılarının nə fərqi var..?