Adlerə görə şəxsiyyətin tipologiyası




Psixoloq Vəfa Əkbər
Şəxsiyyətin tipologiyası ilə bağlı Adlerin bütün ideya və fikirləri sonralar eksperimental yolla öz təsdiqini tapmadı . Bununla belə, onun ictimai hissi şəxsiyyətin formalaşmasında fərdi xüsusiyətlərin rolu xüsusilə psixi inkişaf və davranışın rolu barədə nəzəri fikirləri psixologiya elminə böyük töhfədir. Adlerə görə sosial maraq kifayət qədər olmadıqda aşağıdakışəxsiyyət tipləri meydana çıxır(fəalləq səviyyəsindən asılı olaraq).
İctimai tip- bu özünəinamlı və inadkar, sosial marağı zəif və yaxud heç inkişaf etməmi insanlardır. Onlar fəaldırlar, lakin sosial planda deyil. Başqalarının xoşbəxtliyinə çox laqeyd münasibət bəsləyirlər və xarici aləm üzərində hökmranlıq yönəlişi onlar üçün xarakterikdir. Əsas həyati problemləri onlar düşmənçilik, antisosial şəkildə (qanun pozanlar, narkomanlar, cinayətkarlar və s ) həll edirlər.
Mənimsəyən tip- bu insanlar ətraf-mühitə qarşı tüfeyli münasibət bəsləyirlər və öz tələbatlarının çoxunu başqalarının hesabına ödəyirlər. Onlarda sosial maraq yodur və başqalarından mümkün qədər çox xeyir götürməyə çalışırlar.
Qaçan tip- onlarda sosial maraq kifayət qədər deyil, öz problemlərinin həlli üçün vacib olan lazımi fəallıq göstərmirlər. Onlar problemlərinin həllindən, çətinlik və uğursuzluq yarada biləcək bir şeydən qaçırlar.
Sosial cəhətdən yararlı tip- bu yetkin, kamil şəxsiyyətdir, yüksək səviyyəli sosial
maraq və fəallıqla xarakterizə olunan tipdir. Bu cür insanlar tam səmimi olaraq başqalarının qayğısına qalır, digərləri ilə ünsiyyətə və qarşılıqlı təsirə girməkdə maraqlıdırlar. O dərk edir ki, əsas həyati problemlərin – iş, sevgi, dostluq- həlli əməkdaşlıq, şəxsi cürət, məsuliyyət və digər insanların rifahı üçün çalışmaq istəyini tələb edir.
Tarix: 17-03-2021, 14:11
Xəbəri paylaş



Xəbər lenti