Azay Quliyev Əli Həsənovla İPLƏRİNİ QIRIR... - İLGİNC GƏLİŞMƏ
Millət vəkili Azay Quliyevin sədrlik etdiyi Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası yeni ofisə köçməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası yeni ofis sahəsinin icarəyə götürülməsi məqsədilə tender müsabiqəsi keçirir.
Tender müsabiqəsində iştirak etmək istəyənlər təklifləri, müvafiq sənədləri və məlumatları Şuraya təqdim ediblər. Nəticənin yaxın zamanlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası hazırda Bakı şəhəri, F.Əmirov küçəsi 1 ünvanında fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, F.Əmirov küçəsi 1 ünvanı eyni zamanda Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailə üzvlərinə məxsus şirkətlərin hüquqi ünvanları hesab olunur.
Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva və oğlu Şamxal Həsənovun rəhbərlik etdikləri çoxsaylı şirkətlərdən bəzilərinin hüquqi ünvanı Bakı şəhəri, Fikrət Əmirov, ev 1 olaraq göstərilir:
1. Qanuni təmsilçisi Sona Vəliyeva olan və 18.05.2012-ci ildə dövlət qeydiyyatına alınan “Kaspi Education” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir
2. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 10.12.2013-cü ildə dövlət qeydiyyatına alınan “Atom Qida” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir
3. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınan “Kaspi Global” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
4. Təsisçisi Sona Vəliyeva olan və 16.09.1999-cu ildə dövlət qeydiyyatına alınan “Kaspi” qəzetinin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir
5. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 01.09.2010-cu ildə dövlət qeydiyyatına “Mətbuat Evi” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
6. Qanuni təmsilçisi Şamxal Həsənov olan və 27.03.2013-cü ildə dövlət qeydiyyatına “Global Advertisement” MMC –nin hüquqi ünvanı “Fikrət Əmirov, ev 1” göstərilir.
Bu şirkətlərdən başqa “Fikrət Əmirov, ev 1” ünvanında qeydiyyatda olan “Kaspi” adı bir-çox şirkət var. Məsələn, qanuni təmsilçisi Vəliyev Azər Kalam oğlu olan “Kaspi Co”, qanuni təmsilçisi Əliyev Elnur Qəzənfər oğlu olan “Kaspi-EC”, qanuni təmsilçisi Vıliyev Azər Kalam oğlu olan “Kaspi-Az”, qanuni təmsilçisi Kərimov Etiram Kərim oğlu olan “Kaspi TM” kimi şirkətlər də “Fikrət Əmirov, ev 1” ünvanında qeydiyyatdadılar. Adları qeyd olunan şəxslərlə Əli Həsənovun ailə üzvlərini birləşdirən təkcə rəhbərlik etdikləri şirkətlərin adlarındakı bənzərlik (“Kaspi” sözü) deyil, bu şəxslər həm də birgə iş görürlər. Nümunə üçün qeyd edək ki, “Kaspi Co” şirkətinin təsisçiləri arasında Vəliyev Azər Kalam oğlu ilə bərabər Vəliyeva Sona Məhəmməd qızı və Həsənli Şamxal Əli oğlu da yer alır.
Dia.az xatırladır ki, bir müddət əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurası təftiş olunmuşdu. İndi isə bu qurum Əli Həsənovun ofisindən çıxır... Görünəni odur ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının DƏYİŞMƏZ BAŞQANI Azay Quliyev artıq Əli Həsənovdan qurtulmaq zamaının yetişdiyini dərk edib... Gec də olsa...
Tarix: 15-03-2021, 15:50
-
Bu gün, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Bu gün, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Bu gün, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Bu gün, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi