Elman Rüstəmovun qızı: “Məktəbdə direktoru məcbur etdim ki…” - FOTOLAR




Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova Londonda moda sektorunda fəaliyyət göstərən məşhur “Wolf & Badger” şirkətinin rəsmi veb-səhifəsinə müsahibəsində maraqlı açıqlama verib.

Pravda.az xəbər verir ki, saytın redaktoru Emma Foreman Günel Rüstəmova ilə söhbətində ondan “İndiyə qədər etdiyiniz ən böyük stil səhviniz nədir?”, - deyə soruşub.

Günel Rüstəmova isə cavabında ən böyük səhvi məktəbdə oxuduğu zaman etdiyini bildirib: “90-cı illərdə məktəb direktorumuzu məcbur etdim ki, hər kəsi cins məktəbli formaya keçirsin. Hər kəs məktəbdə cins kombinizon geyinməli idi və bu böyük səhv idi… Bunu sübut edəcək fotoşəkillərim var!”

Məlumat üçün bildirək ki, Mərkəzi Bank sədrinin 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda  modelyer kimi fəaliyyət göstərir. Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə ilə evlidilər. 

Hazırda Londonda yaşayan cütlük 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında “Gyunel Limited” adlı şirkət açıblar. Cümə Əhmədzadə eyni zamanda Çexiya və Türkiyədə şirkət sahibdir. Cümə Əhmədzadə həm də Azərbaycanda fəaliyyət göstərən “Proyekt” MMC, “Muğal” MMC, “Uluyurd” MMC və “Advisors CO” MMC-nin təsisçisidir.



 
Yeniavaz.com
Tarix: 11-03-2021, 16:05
Xəbəri paylaş



Xəbər lenti