Deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri
Eldar Quliyev martın 8-də Bakıda bir qrup feminist qadının keçirməyə cəhd etdiyi aksiyaya münasibət bildirərkən, işlətdiyi ifadələr sosial şəbəkələrdə lağ və müzakirə obyektinə çevrilib.
Deputat "pravda.az" saytına açıqlamasında vaxtı ilə Fransada üzləşdiyi əhvalatı xatırladıb:
"Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burda neynirsən? Dedi, həftəsonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul edilir. Bir daha təkrar edirəm, Azərbaycan qızlarının isməti bizim üçün çox önəmlidir”.Deputatın dediyindən belə anlaşılır ki, o yüngül əxlaqlı qadından bəhs edib. Sosial şəbəkə istifadəçiləri də haqlı olaraq sual edirlər ki, hörmətli deputatımız belə qadınla harda, hansı şəraitdə üz-üzə gəlib…Neqativ.com
Tarix: 10-03-2021, 09:28