Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - VİDEO



Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 6-cı sinif rəhbəri Yeganə Xudaverdiyeva koronavirusa yoluxub. Onunla yanaşı daha iki müəllim virus şübhəsi ilə karantinə alınıb. Buna baxmayaraq, məktəbin direktoru Çinarə Atayeva tədris prosesini dayandırmır, müəllimlərin koronavirsa yoluxmasını gizlətməyə çalışır.
Müəllimləri koronavirusa yoluxan məktəbi niyə bağlamırlar? -  FOTO

Müəllimləri koronavirusa yoluxan məktəbi niyə bağlamırlar? - FOTO




Bakupost.az xəbər verir ki, məktəbdə virusun yayılması valideynləri təşvişə salıb. Məktəbin fəaliyyətinin dayandırılması ilə bağlı dəfələrlə direktora müraciət olunsa da, buna məhəl qoyulmayıb.

Direktorun israrının səbəbinə gəlincə, bunla bağlı xeyli maraqlı iddialar var. Bu iddialarla bağlı qəsəbə sakini Nizami Rəsulov özünün feysbuk hesabında canlı yayım açaraq, məktəb rəhbərliyindən bəzi suallara cavab almağa çalışıb. O iddia edib ki, direktorun məktəbi bağlamamasının səbəbi 8 Martla bağlı pul yığmaq istəyidir. O bildirib ki, 8 martla bağlı hər müəllimdən 13, şagirdlərdən isə 20 manat tələb olunur.

N.Rəsulovun suallarına cavab vermək əvəzinə onun üzünə məktəbin qapıları bağlanıb. Nəinki onu, hətta şagirdləri də içəri buraxmayıblar. Bir qədər sonra Təhsil Nazirliyinin məktəbə təhkim olunmuş nümayəndəsi gəlib. O da daşıdığı vəzifəyə uyğun olmayan tərzdə sakinə reaksiya verib. Sonra da əraziyə polis çağırılıb və canlı yayım dayandırılıb.

Nizami Rəsulovun canlı yayımda çəkdiyi kadrların bir hissəsini təqdim edirik:



Tarix: 3-03-2021, 23:49
Xəbəri paylaş



Xəbər lenti