Xəbər verdiyimiz kimi, deputat Etibar Əliyev artıq bir neçə gündür ona qarşı sosial şəbəkələrdə çirkin kampaniya başladıldığını və bu kampaniyanın başında deputat seçkilərində alternativi olmuş Fərəc Quliyevin oğlu Mətin Quliyev durduğunu bildirib.Deputat ona qarşı bir neçə gündür ki, təşkil edilən söyüş kampaniyasının seçkilər zamanı da aparıldığına diqqət çəkib: "Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı. Əlimdə kifayət qədər sübutlar var. Hüquq-mühafizə orqanlarına müraciət hazırlayıram. Mənim adımdan Facebook-da paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə şöyüləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Parlamentin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni Facebook-da olmazın söyüşlərlə təhqir edən "Əbulfəz Babasoy" profili də Mətin Quliyev tərəfindən idarə olunur".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat
Fərəc Quliyev Pravda.az-a açıqlamasında deyib ki, Etibar Əliyevin sübutları varsa, məhkəməyə müraciət etsin.
“Etibar Əliyevin açıqlamasının hansısa əsası varmı? Niyə düşünür ki, mənim oğlum feyk profillə onu təhqir edir? Əgər qeyd etdiyi kimi, əlində kifayət qədər sübutları varsa, məhkəməyə versin” - F.Quliyev bildirib.
Tarix: 2-03-2021, 15:09