Qarabağ əlilindən şok açıqlama: ”Mingəçevir xəstəxanasında məni…” -VİDEO

Qarabağ əlilindən şok açıqlama: ”Mingəçevir xəstəxanasında məni…” -VİDEO
Qarabağ döyüşlərinin iştirakçıları, müharibə əlilləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin direktoru Könül Ələkbərov və direktorun müalicə işləri üzrə müavini-Baş həkim  Eldar Kərimovun qanunsuz əməlləri ilə  bağlı ilginc iddialar səsləndiriblər.
Erməni əsirliyində olmuş müharibə əlili Həmidov İlham: “Mingəçevir xəstəxanasının rəhbərliyi məni narkoman etmək istəyir”.
1-ci Qarabağ savaşının iştirakçısı, II qrup müharibə əlili Həsənov Natiq və erməni əsirliyində olmuş müharibə əlili Həmidov İlham “Kanal32” Media Şəbəkəsinin redaksiyasına müraciət edərək müsahibə veriblər və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyətindən kəskin nazrazılıqlarını ifadə ediblər. II qrup müharibə əlili Həsənov Natiqin sözlərinə görə direktorun müalicə işləri üzrə müavini, xəstəxananın Baş həkimi Eldar Kərimov Qarabağ əlillərinə biganə münasibət sərgiləyir və onlara yuxarıdan-aşağıya baxmaqla əlillərin növbəsiz qəbulunun təşkilinə imkan yaratmır. Təcili Tibbi Yardım xidmətində dərman çatışmazlığı var, ağrıkəsicilər yoxdur, bəzi həkimlər məcbur qalıb öz ciblərindən şipris və  ilkin yardım vasitələri alır. Stasionar müalicə üçün ona (Naiq Həsənova) və digər Qarabağ qazilərinə şərait yaradılmır, yer olmadığı bildirilir.
Digər şikayətçi, erməni əsirliyində olmuş müharibə əlili Həmidov İlham isə “Kanal32”yə müsahibəsində bildirib ki, 2020-ci ilin may ayından indiyə kimi müayinə və müalicəsi, eyni zamanda dərmanlarla təmin olunması üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyinə, şəxsən direktor Könül Ələkbərova müraciət edib. Şikayətçi çıxışında qeyd edir ki, müraciətlərinə baxmayaraq müalicəsi və dərman təminatı xəstəxana tərəfindən həyata keçirilməyib. Müharibə əlili Həmidov İlham iddia edib ki, əsirlikdə və müharibədə aldığı xəsarətlərdən orqanizmində kəskin, dözülməz  ağırılar baş verir. Belə olan halda onun çağırışına gəlmiş Təcili Tibbi Yardım xidmətinin briqadası tərəfindən normal ağırkəsicilər vurulmur. Tibbi heyət isə səbəb kimi lazımi preparatların olmamasını göstərir. Ona görə də, ona narkotik tərkibli iynələr vurulur. Həmin iynələr isə qısa fasilələrlə bir neçə dəfə vurulduqdan sonra narkotik asılılığı yaradır. Həmidov İlham bildirib ki, çatışmazlıq ucbatından mənim müraciət və şikayətlərimi kəsməkdən ötrü xəstəxana rəhbərliyi  məhz narkotik tərkibli iynələrin mənə vurulmasını tövsiyyə edib.
Qeyd edək ki, redaksiya olaraq şikayətçilərin səslədirdikləri fikir və iddialarla bağlı fevralın 27-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına rəsmi sorğu göndərlib. Qarşı tərəfin mövqeyini (həm yazılı, həm də müsahibə şəklində) dərc etməyə hazırıq.
Maraqlıdır, görəsən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin direktoru Könül Ələkbərovun yüzlərlə şikayətlər fonunda qanunsuz əməllərini niyə ört-basdır edir? Yoxsa, torbalarada ayrı şeylər var…?


 
Tarix: 1-03-2021, 15:24
Xəbəri paylaş



Xəbər lenti