“Bayramlarımızı gözdən salıb, ləkələyənlərlə bağlı ölçü götürülməlidir...”

“Bayramlarımızı gözdən salıb, ləkələyənlərlə bağlı ölçü götürülməlidir...”
“Televiziyaya baxıram deyirlər ki, bu yalançı çərşənbədir. Adama deyərlər ki, yalançının atabatasına lənət. Bu da beşinci kolonun xəyanətidir. İndi də ermənilər müharibəni uduzub başlayıblar bizim xalçamıza, milli mənəvi dəyərlərimizə əl uzatmağa, ləkələməyə”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti bayramlarımızı gözdən salan şəxslərə xəbərdarlıq edib:

“Görün biz nə gündəyik ki, artıq nadanlıqdan milli bayramlarımıza da qulp qoyuruq. Televiziyaya baxıram deyirlər ki, bu yalançı çərşənbədir. Adama deyərlər ki, yalançının atabatasına lənət. Bu da beşinci kolonun xəyanətidir. İndi də ermənilər müharibəni uduzub başlayıblar bizim xalçamıza, milli mənəvi dəyərlərimizə əl uzatmağa, ləkələməyə. İçimizdə oturan gədələrin əliylə televiziyalarımızda buna rəvac verirlər. Mən şəxsən deyirəm ki, bunu deyənin atasına lənət, dilinə nifrət, belə işlərə rəvac verənlər xalqın düşmənidir. Bu, dörd təbiətin, Allahın insanlara verdiyi dörd ünsürün bayramıdır. Su, torpaq, od və yel çərşənbəsi. Bunlardan biri olmasa, dünya da olmaz. Bunu biz bayram edirik, bizdən başqa dünyada heç bir millət Allahın onlara verdiyi bu müqəddəs günləri bayram etmir. 
Xalq artisti su çərşənbəsi münasibətilə xalqımızı da təbrik edib:
“Məsləhət görürəm ki, insanlarımız qədim tariximizi oxusunlar. Bütün dünya ilk növbədə bizi təbrik etməlidir. Çünki bu müqəddəs ilahi dəyərləri ilk dəfə yaşadan bizim xalqımızdır. Bizim xalqımız bu bayramların hər birinə mahnı qoşub, rəqslər hazırlayıb. Folklorumuz bunun üstündə qurulub. Bu adamlar təkcə bizim torpaqlarımıza yox, həm də bayramlarımıza müdaxilə edirlər.  İctimai təşkilatlar hara baxır, bilmirəm. Min illik Şeyx Nəsiminin adından bütün türk müsəlman dünyasını təbrik edirəm. Bütün dünyanı təbrik edirəm. Gəlsinlər görsünlər ki, suya, oda, torpağa biz necə dəyər veririk. Biz ilahi dəyərlərlə yaşayırıq. Bu münasibətlə sizin kollektivi də, xalqımızı da, qazilərimizi də təbrik edirəm. Şəhidlərimizin ruhlarına salam olsun, onları dünyaya gətirən ana-bacılarımızın əlindən öpürük. Bu gözəl bayramları bizim balalarımız öz qanlarıyla, canlarıyla nəsildən-nəsilə ötürüblər. Bizim milli-mənəvi dəyərlərimizə təpki göstərən, zarafat edən, yalan adı verənlər xalqın düşmənidir. Xalq onları tanımalı, dövlət onlar haqqında ölçü götürməlidir. Bu müqəddəs dəyərə toxunmaq olmaz. Mən ölkə başçımıza, Birinci vitse-prezidentimizə, ağsaqqallarımıza, jurnalistlərimizə müraciət edirəm. Hamı ayaq üstdə olsun ki, bizim bu bayramlarımıza qulp qoyub, ləkələməsinlər. Bir daha hamınızı təbrik edirəm. Allah vətənimizə həmişə belə bayramlar qismət eləsin”.
Qeyd edək ki, sabah Şeyx Əbdül Mahmudbəyov əməliyyat olunacaq. O, nəfəs almaqda çətinlik çəkdiyi üçün burnundan əməliyyat keçirəcək. 
Allah şəfa versin!
Tarix: 23-02-2021, 23:51
Xəbəri paylaş



Xəbər lenti