AZAL çarter reysi adı altında xalqı talayır...- İTTİHAM



Bir müddətdir ki, Bakı-İstanbul-Bakı reysi üzrə mütəmadi uçuşlar həyata keçirilir. Pandemiya şəraitinə baxmayaraq kifayət qədər rentabelli, stabil uçuşlardır və heç birində sərnişin problemi yoxdur.
Bunu editor.az saytının baş redaktoru Fərd Şahbazlı yazır.
Daha sonra Fərid Şahbazlı yazır, ancaq buna baxmayaraq, Cənab Prezidentin yerini göstərdiyi Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL hələ də biletlərin qiymətində dəyişiklik etmək istəmir. Pandemiyanın ilk günlərində olduğu kimi, biletlərin qiyməti 800 manatdan aşağı deyil.
Yaranmış vəziyyətə görə, tələbələr ölkəyə qayıda bilmir, ailələr xəstələrini xaricə apara bilmir...
AZAL-ın bu siyasəti hansı qiymət siyasətinə, məntiqə əsaslanır deyə heç cür izah vermək olmur...
Qısası, AZAL çarter reysi adı altında xalqı talayır..
Tarix: 17-02-2021, 11:26
Xəbəri paylaş



Xəbər lenti