İlk xatırlatma: 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən YAP-ın namizədi qalib gəldi. Həmin dairədən namizədliyi irəli sürülən şəxslər içərisində kimliyi və fəaliyyəti cəmiyyətə tamamilə bəlli olmayan Səbinə Xasayeva hakim partiyanın namizədi kimi mandat qazandı. Parlament seçkilərindən bir il vaxt ötür.S.Xasayevanın seçkidən öncəki cəmiyyətə bəlli olmayan kimliyi bu gün də xeyli suallara yol açır. O, bu gün də parlamentin “lal” deputatları siyahısında yer alır.Paytaxtın ən böyük seçki dairələrindən birində heç bir nüfuzu, idarəçilik təcrübəsi olmayan şəxsin deputat mandatı qazanması kimə və nəyə lazım idi?
Nəzərə almaq lazımdır ki, həmin dairədən deputatlığa namizədlər içərisində ReAL partiyasının funksioneri Natiq Cəfərli də var idi. Açığı, ümumi ictimai rəy, aparılan sorğular həmin dairədən N.Cəfərlinin şəksiz qələbəsinin təmin olunacağını proqnozlaşdırmağa tam əsas verdi. Bu, hər kəsə, ümumilikdə iqtidara da, müxalifətə də açıq məsələ kimi müzakirə predmeti də deyildi. Bir vacib məqamı da qeyd edək ki, N.Cəfərli ictimai-siyasi sferada kifayət qədər tanınan sima olsa da, ölkədə normal seçkilər keçiriləcəyi təqdirdə onun da həmin dairədən mandat qazanmaq şansı az olardı. Sosial şəbəkələr üzərindəki aktivlik, siyasi səhnədəki populyarlıq həmin dairədən onun qələbəsini təmin edə bilməzdi. Söhbət həmin dairədə yaşayan insanların verdiyi dəstəkdən, sosial elektroratdan və bütün bunların fonunda ədalətli seçkidən gedir.
Qutudan sürpriz çıxdı, 26 yaşlı gənc xanım qələbə qazandı. İndiyə qədər S.Xasayeva ilə bağlı açıq ifadəli mətn yazılmadığına görə, bu gün də bu mövzuya toxunmağı kimsə məqbul addım hesab eləmir. Səbinə xanımın necə deputat olması “Bermud uçbucağı” kimi müəmmalı olaraq qalır. Hələki media bu tilsimi sındıra, onun kimliyinə işıq sala bilməyib. Amma... Bu ilk yazı olduğuan görə, bu dəfə səthi şəkildə S.Xasayeva ilə bağlı bəzi məqamları qeyd etməyi vacib hesab edirəm.
Əldə etdiyim informasiyalara görə, S.Xasayeva ilə bağlı yazı yazmaq, onun kimliyini, fəaliyyətini araşdırmaq sanki qadağan olunub. Məntiqsizlik! Necə anlayaq?
Adam Milli Məclisin deputatıdır, artıq ictimai şəxsdir, biz onun fəaliyyətini necə müzakirə etməyə bilərik? Əgər özünün, yaxınlarının bu məsələdən xoşu gəçmirdisə, o oza an Milli Məclisə nə üçün salınırdı? Evdə də otura bilərdi, yaxud başqa işlə məğul ola bilərdi. Ortada isə haqlı suallar var, öncə xanım deputatın vikipediyasında başlayaq.
Vikipediyada S.Xasayeva ilə bağlı məlumatlar belə başlayır: Azərbaycanlı dövlət və siyasi xadim!
Şərh edək! Kimə dövlət xadimi demək olar? Dövlət hakimiyyətinin çox ciddi, qiymətləndirilmiş xüsusi xidmətləri olan, dövlət idarəçiliyində spesifik iş prinsipləri və xarakteri ilə seçilən şəxslərə dövlət xadimi deyilir. Səbinə xanım 2014-cü ildə ali təhsili başa vurub, Azərbaycan Dillər Universitetində norveçşünaslıq ixtisası üzrə təhsil alıb. 2014-2016-cı illərdə isə ADNSU-də magistr təhsili alıb.
Xanım 2014-cü ildən Lökbatan bələdiyyəsinin üzvü seçilib. Deputat seçilənə qədər isə heç bir dövlət işində işləməyib, heç bir təcrübəsi də yoxdur. Hər halda onun vikipediyası belə deyir. Ali məktəbi bitirib, cəmi 3 il sonra "dövlət və siyasi xadim"ə çevrilib?
Sual olunur: Məammalı şəkildə mandat qazanmaq Səbinə xanımı “dövlət xadimi”nə və “siyasi xadim”ə necə çevirib? Nə tez? Bir vacib məqamı da unubudlar ki, deputatlıq dövət vəzifəsi deyil.
Axı Səbinə xanımın heç bir siyasi təcrübəsi də olmayıb, o özünü necə “siyasi xadim” adlandıra bilir?
Heç şübhəsiz, 2020-ci ildə bəlli idi ki, Azərbaycanı qarşıda ağır sınaqlar gözləyir. Koronavirus pandemiyası, 44 günlük Vətən Savaşı və s. Bütün dünyanın cənginə alan iqtisadi təlatümlər məcbur edirdi ki, Milli Məclisdə daha aktiv, daha savdlı, daha səmərəli şəxslər təmsil olunsunlar. Hələ qarşıda bizi məsuliyəylti mərhələ gözləyir. Biz müharibənin fəsadlarını aradan götürməlid, sosial-iqtisadi sabitlik qazanmalı, siyasi stabillik daha uzunmüddətli tənmi edilməlidir. Hörmətli Səbinə xanım bütün bu amillərin hansısa dövlətə yardımçı ola bilrədi? Şəxsən mənə çox maraqlıdır.
Google-da axtarış apararkən Səbinə xanımın bir-iki istisna olmaqla, heç bir açıqlamasına da rast gəlmədik. Cəmi bir neçə şəkli çıxdı, o da sovqat paylayarkən...
Böyük ehtimalla, S.Xasayenın həmin dairədən deputat seçilməsi sərfəli varinat kimi qiymətləndirilib, “lal” fəaliyyət daha məqsədəuyğun hesab olunub. Əgər həmin dairədən aktiv şəxs mandat qazansaydı, necə!? Nəzərə almaq lazımdır ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi əhalinin ən həssas qruplarının yaşadığı ərazilərdən biri hesab olunur.
Ya problemləri qaldırmaq istəməyiblər, ya da xanımın siyasi dəstəyi çox güclü olub və onun deputat olmaq arzusu reallaşıb.
Samir FEYRUZOV Azerbaycanrealligi.com
Tarix: 12-02-2021, 09:24