Şəhid vərəsələrinin mülk davası... Şəhid analarını incitməyin!


“Rəsmi məlumatlara əsasən, 1-ci Qarabağ müharibəsində 11557 hərbiçimiz, 2-i Qarabağ yəni, 44 günlük Vətən Müharibəsində isə 2855 hərbçimiz vətənimizin bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalıb. 1990-cı il qanlı yanvar faciəsi, 1-ci Qarabağ müharibəsində 4210 nəfər, 2-ci Qarabağ Vətən Müharibəsində 50 nəfər hərbçimiz və bu 30 illik müharibə dövründə ümumi 20000 yaxın hərbçimiz vətən yolunda canından keçib, şəhid olub.
Bir mənalı olaraq şəhid ailələrinin, qazilərimizin qayğısına qalmaq dövlətimizin, xalqımızın mənəvi borcudur. Təbii ki, dövlətimiz şəhid ailələrinə xüsusi diqqət ayıraraq onların maddi və sosial şəraitinin yaxşılaşdırılması üçün qanun çərçivəsində tədbirlər görür, layihələr həyata keçirir. 44 günlük Vətən Müharibəsində şanlı zəfərimizdən sonra şəhidlərimizə, qazilərimizə dövlət qayğısı, xalqımızın dəstəyi daha da artıb. Proses azda olsa müəyyən xoşagəlməz halları da ortaya çıxarıb. Son dövrlərdə şəhid ailələrinə müəyyən edilmiş yardım və ödənişlər, yaşayış yerləri onların bəzi vərəsələri arasında mübahisə predmetinə çevrilib.”
Neqativ.com xəbər verir ki, bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov şəhid vərəsələri arasında baş verən mübahisələrin artmasına münasibət bildirərkən deyib. Qarabağ qazisi fikirlərini belə davam etdirib:
“Sözsüz ki, ortaya çıxan məsələnin hüquqi və mənəvi tərəfləri var. İlk növbədə mülki qanunvericiliyimizə görə şəhidlərimizin vərəsələrinə mövcud hüquqi normativ aktlara uyğun olaraq ödənişlər və yardımlar edilir, mənzil şəraitləri yaxşılaşdırılır. Təbii ki, mülki qanunvericiliyə uyğun olaraq söhbət məhz birinci növbəli vərəsələrdən gedir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1.-ci maddəsinə əsasən “ Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)” sayılırlar və qanunla həmin şəxslər bərabər pay hüquqa malikdir (MM m. 1159.1)
Analizlər və təcrübə göstərir ki, şəhidlərimizin vərəsələri arasında yaranan mübahisə əsasən şəhidlərimizin həyat yoldaşları ilə şəhidlərimizin ata anası arasında yaranır və praktik olaraq əksək hallarda şikayətçi tərəf şəhidlərimizin həyat yoldaşları olur. Təbii ki, yaranmış mübahisə qanunla həllini tapır, ancaq məsələnin daha çox mənəvi tərəfi müəyyən narahatçılıq hissi yaradır. Bir hüquqşünas olaraq təbii ki məsələnin həlli qanunların tələbinə uyğun həll edilməsinin tərəfdarıyam və yaranmış vəziyyətin qanun çərçivəsində həll edilməsi tam mümkündür. Ancaq məsələnin şəhidlərimizin ən yaxın addamaları arasında yəni həyat yoldaşı ilə ata-anasının arasında baş verməsi həqiqətən utan verici, heyfsiləndirən hiss olmaqla cəmiyyətimiz üçün heçdə xoş olmayan nümunədir. Eyni zamanda da mən bir azərbaycanlı olaraq milli dəyərlərimizi olduqca vacib sayıram. Əvvəla bizi digər millətlərdən fərqləndirən, özümüzə məxsus mentalitetimiz, milli düşüncə tərzimiz, ailə dəyərlərimiz , adət ənənələrimiz və inanclarımız var hansı ki milli kimliyimiz müəyyən edir. Əlbəttə şəhidlərimizin vərəsələri arasında mübahisənin məhkəmə mübahisəsi predmetinə qədər dərinləşməsi heç bir tərəfə baş ucalığı gətirmir.
Təbii ki, millətimizi, etnosumuzu saxlamaq üçün milli kimliyimiz müəyyən edən dəyərlərimizi qorumağa bütövlüklə borcluyuq. Bu milli kimlik məsələsidir. Qədirbilən xalqımız başda olmaqla dövlətimiz şəhidlərimizin ruhunu şad etməyə, onun yaxınlarının həyat şəraitinin yaxşılaşdırmağa bütün imkanlarla çalışır. Ancaq bəzi hallarda şəhidlərimizin həyat yoldaşları şəhidlərimizin ata
anasına milli kimliyimizə uyğun hörmət, ehtiram göstərmir, mülk, vəsait üçün mübahisələr edir. Bu məsələ mənə daha çox incidir. Təbii ki, şəhidlərimiz həyat yoldaşının, onun uşaqlarının həyat şətaitinin lazımınca təmin edilməsi ən vacib məsələdir, ancaq bu da o demək deyil ki, şəhid valideynlərinə diqqət ikinci dərəcəli məsələdir. Qeyd edim ki, özüm 1-ci Qarabağ müharibəsi veteranı və qazisi olduğumdan, belə hallar şəxsim üçün olduqca həssas və narahatlıq yaradan vəziyyətdir.
Deməyim odur ki, döyüşlər zamanı təbii ki məndə şəhid ola bilərdim, indi belə çıxır ki, məni 9 ay bətnində saxlayıb, məni dünyaya gətirib, boya başa çatdıran anam atam, mən ailə qurduqdan sonra üstümdə həyat yoldaşım və uşaqlarım qədər haqqımı yoxdur?! Bu qədər mənəviyyatsız yanaşma olar?! Qayınata qayınanaya dava açan gəlinlər düşünmürmü ki, həmin şahidi dünyaya gətirən, boya başa çatdıran və ona vətən sevgisini aşılayan və nəhayət şahidi həmin gəlinə ər edən məhz şəhid ata anasıdır. Əgər həmin ata ana olmasaydı sizin də şəhid əriniz olmazdı. Bütün varlığımla əminliklə deyirəm ki, rəhmətlik bütün şəhidlərimiz və qazilərimiz məhz belə düşünür! Şəhidlərimiz vətən üçün canından keçib, vətən işə ana deməkdir, Ana vətən! Özünüz də anasınız, bir düşünün sizin oğul və ya qız övladını ailə qurandan sonra haqsız onlar üzərindən itirmi?! Əl çəkin şəhid analarımızdan, ana canının parasını itirib, incitməyin onları, bunu sizə Allah və şəhidlərimizin ruhu bağışlamaz.”
Neqativ.com 
Tarix: 11-02-2021, 19:32
Xəbəri paylaş



Xəbər lenti