Politoloq Vəfa Əkbər 1.Rol sırımaq. İnsanın niyyətini başa düşdükdə qarşı tərəf müxtəlif rolları onun boynuna qoymağa çalışır, Əvəzedilməz İşçi, Tamahsız Əməkdaş, Hamının rəğbət bəslədiyi, cazibədar və s. Məsələn, Vera, biz hamımız bilirik ki, siz bunu etməsəniz, bunu sizdən başqa heç kəs etməyəcək… Roldan imtina. Misal üçün: «Təəssüf ki, insanlar hər şeyi şişirtməyi xoşlayır…».
Sizi «fərqli» etməyə çalışırlar . Manipulyatorlar özü haqqında elə səmimilik ilə danışır, sonra isə sizə hər hansı bir xahiş ilə müraciət edir, «Mən görürəm ki, siz mənim halıma çox yanırsınız, siz yəqin məni başa düşərsiniz… Ümid edirəm ki, imtina etməzsiniz…».
Yaxşı tanımadığınız bir insanla söhbət zamanı ona özünü dostunuz kimi davranmağa icazə verməyin, eyhamları anlamır kimi davranın.
Xoşniyyətli insan. Həddən artıq iltifatlı və alicənab davranaraq, sizə çətinlikləriniz, şəxsi problemləriniz barədə sual verir, sonra isə sizdən nə isə xahiş edir… belə səmimi söhbətdən sonra xahişdən imtina etmək çətin olur.
Özünüzə dost hesab etmədiyiniz insanla və ya xahişlərini yerinə yetirməyə məcbur olmadığınız insanla açıq-açığa söhbət etməyin
«Ümumi düşmənə qarşı mübarizə aparırıq ». Manipulyator sizə həqiqət kimi təqdim etmək istəyir ki, guya sizin hansı isə həmkarınız və ya rəhbər haqqınızda pis bir fikir söyləyib. O özünün sevmədiyi bir insana qarşı sizdə olan xoş münasibəti də korlamaq istəyir, əslində onun niyyəti sizi müəyyən bir hərəkətlərə sövq etməkdir .
Özünüzdən soruşun: «Niyə o birdən birə belə xeyirxah olub, mənim gözlərimi açmağa çalışmaq istəyir?»
Sizi eyni cəbhədə vuruşan bir silahdaş edirlər. Məsələn, ziyarətçiniz sizə hesabatla bağlı məlumat verir, ona anlaşma ilə yanaşacağınızı və dərdlərinə şərik olacağınızı gözləyir, sonra isə layihənin nə qədər möhtəşəm olduğunu vurğulayaraq, ilk növbədə məhz onun sənədlərini direktora göstərməyi xahiş edir..
Fikirləşin: «Bu, mənim işimdir ki?» Həmsöhbətinizin pafoslu danışığına uymayın, özünüzə bir hesab verin ki, siz əslində bu layihənin nə dərəcədə ilk növbədə həll edilməli iş olduğuna inanırsınız.
Dumanlı eyhamlar. Manipulyator özünün yersiz istəyini bir-başa deyə bilmir və sözün ətrafında fırlanır.
Onun fikrini sualla kəsmək lazımdır : «Siz bununla nə demək istəyirsiniz?»
Istədiyinə sizi təngə gətirmək bahasına olsa belə nail olur.. Manipulyator yoldançıxarıcı təbəssümü ilə eyni şeyi dönə-dönə xahiş edir, baxmayaraq ki, siz bunu edə bilməzsiniz və ya etmək istəmirsiniz.
«Çeynənmiş ifadə». Hər dəfə xahişə cavab olaraq demək lazımdır ki: «Sizə kömək etməyə çox şad olardım, amma əlimdən gələsi bir iş deyil»