Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi üzə çıxıb.Hazırda Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Türkiyədə bahalı otel-restoran biznesi və qiymətli zinət əşyalarının satışı ilə məşğul olur.
Sözügedən otel-restoranlar İstanbulun ən bahalı və tarixi yerlərindən biri sayılan Sultanəhməd meydanında yerləşir. Otel və restoranlarının üzlüklərində qızıldan da istifadə olunub.
Hacıbala Abutalıbovun Türkiyədə bizə məlum olan biznesinin siyahısını oxuculara təqdim edirik:
İstanbulun mərkəzində 5 ulduzlu “Ajwa Hotel Sultanahmet” oteli,
“Zeferan” restoranı,
“Sukkari Patisserie” şirniyyat evi,
İstanbulda yerləşən və dünyanın ən köhnə, böyük qapalı ticarət yeri sayılan “Qapalı çarşı”da qızıl mağazaları və sairə.
Qeyd edək ki, İsrafil Abutalıbov Türkiyədə Cənubi Azərbaycandan olan türk işadamı kimi “Abu Bəkir” adı ilə biznes fəaliyyətilə məşğul olur.
Onu da bildirək ki, İsrafil Abdutalıbov bir neçə il əvvəl Bakının Biləcəri qəsəbəsində “Ətirşah” adlı restoran açmışdı.
Demokrat.az
Tarix: 8-02-2021, 09:56