“Arzum budur ki, Xəzərin sahilləri də Şuşa kimi hasarsız olsun...”





Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib. Tədbirdən sonra bir sıra məsələlərlə yanaşı, həm də Şuşa haqqında maraqlı fikirlər səsləndirən ölkə başçısı, məmurların Şuşa ilə bağlı niyyətlərini ifşa edib. Şuşanın məmur paytaxtı deyil, mədəniyyət paytaxtı elan etdiyini vurğulayan prezident, Şuşa ilə bağlı kimsənin özbaşına addım atmasına icazə verilməyəcəyini vurğulayıb.

 

Moderator.az-a açıqlamasında ölkə başçısının Şuşa ilə bağlı fikirlərini alqışlayan Xalq artisti Valeh Kərimov, Xəzərlə bağlı arzusunu da dilə gətirib:

 

“Ölkə başçısının Şuşa ilə bağlı çıxışı hər kəsdə böyük məmnunluq doğurdu. Prezident bu çıxışında bəzi məmurların niyyətini ifşa etdi, Şuşa ilə bağlı prosesləri nəzarətdə saxladığını vurğuladı. Prezident qeyd etdi ki, Şuşada kiminsə özbaşına nə isə inşa etməsinə imkan verilməyəcək.

 

Bu gün bir çox məmur Şuşa deyir. Lakin bizim prezidentimiz ötən gün onları yaxşı yerində oturtdu, onların cavabını yaxşı verdi. Ölkə başçısı bildirdi ki, onların məqsədi burada torpaq ələ keçirmək, şəhəri hasarlamaqdır. Prezident qeyd etdi ki, Şuşanı mədəniyyət şəhəri elan etmişəm, məmur şəhəri deyil.

 

Mənim bir arzum var. Arzum budur ki, Xəzərin sahilindəki hasarlar da sökülsün, sadə vətəndaşlar-mənim kimi insanlar heç olmasa dənizə baxa bilsin. Heç olmasa dənizi uzaqdan da olsa görə bilsin”.

Tarix: 4-02-2021, 08:56
Xəbəri paylaş



Xəbər lenti