Başçı damından jurnalistə atılan daş “topuğa dəydi” - Məhərrəm Quliyevin ifşası və Prezidentə təxribatı...
Prezident İlham Əliyev hər bir əyalətə nümayəndəsini təyin edəndə ona xalqla işləməyi, əhalinin problemləri ilə maraqlanmağı, regionda həyata keçirilməli olan vacib işləri həyata keçirməyi tapşırır.
Dövlət başçısı bölgələrdən şəxsinə ünvanlanan şikayətlər, narazılıqlar eşitmək, görmək istəmir, əksinə, məsələnin yerindəcə həllini tələb edir.
Ölkə rəhbəri bu siyasi kursa əməl etməyən, rayonlarda gərginlik yaradan, rüşvətxorluğa meydan verən neçə-neçə icra hakimini cəzalandırıb.
Onlara dərs verib ki, digərləri bu minvalla getməsinlər, hansısa kənd sakini kiçik problemə görə məcbur qalaraq Prezidentə müraciət etməsin.
Elə ötən il vətəndaşları incidən, haqlarını mənimsəyən icra başçıları qandallandı. Bununla görk oldu ki, icra başçısının vəzifə borcu vətəndaşı dinləmək, dərdinə şərik olmaq, regionun inkişafı üçün çalışmaqdır.
Amma heç də bütün rayon rəhbərləri nəticə çıxarmayıblar. Onlar yenə də öz çirkin işlərini davam etdirir, müharibədən qalib çıxan ölkədə gizli-gizli qanunsuz hərəkətlərinə rəvac verirlər.
Hələ bu azmış kimi, tənqidi boğmaq, həqiqətləri söyləyənləri gözümçıxdıya salmaq üçün dəridən-qabıqdan çıxırlar.
Təhqir zəngləri ilə başlayan proses
Əslində buna dəridən-qabıqdan çıxmaq da demək olmaz, daha doğrusu, özlərini gözdən salan hərəkətlərə yol verirlər. Bu xüsusda fərqlənən məmurlardan biri Goranboy rayon icra başçısı Məhərrəm Quliyevdir.
Sirr deyil ki, son vaxtlar həm GundemXeber.Az, həm digər tənqidçi KİV-lər Goranboy İH-nin fəaliyyətini təftiş edir, tənqidlər yağdırır, rayondan gələn şikayət və məlumatları tirajlayırlar.
Bu ittihamlara, narazılıqlara, müxtəlif iddialara rəsmi şəkildə münasibət bildirmək, İH tərəfindən açıqlama vermək əvəzinə, M.Quliyev hədə-qorxu gəlmək yolunu tutur. Bütün bunlar olduğu kimi işıqlandırılıb.
Ümumiyyətlə, Goranboy icra başçısı son dövrlərdə mətbuatın tənqidlərini susdurmaq üçün yalnız hədyan, təhqir yolunu tutub.
Bundan əvvəl M.Quliyev haqda gedən tənqidi materiallara görə GundemXeber.Az-ın baş redaktoru Şirin Cəfəriyə zəng açan Cəmilə Zeynalova adlı qadın bizə məlum olmayan səbəb və maraqdan irəli gələrək jurnalisti təhqir etmiş, hədələmiş, söyüş yağdırmışdı, icra başçısı barəsində yazıları dayandırmağı tələb eləmişdi.
Araşdırmalarımız C.Zeynalovanın kimliyini, vaxtilə qızıl-zinət işində adının keçməsini, rayondakı fəaliyyətini üzə çıxarmışdı.
Təbii ki, həmin xanımı nə mətbuat, nə Ş.Cəfəri haqda məlumatı varıydı. Sadəcə, İH tərəfindən təlimatlandırılmışdı və missiyası zəng edərək təhdid etmək idi.
İcra başçısının ağzından süd iyi gələn” “troll”u...
Amma M.Quliyev rayonda görməli olduğu vacib məsələləri həyata keçirmək yerinə əməllərindən dayanmadı. GundemXeber.Az-ın verdiyi məlumata görə, bu günlərdə İH-nin “ağzından süd iyi gələn” yeni əməkdaşlarından biri Ş.Cəfərinin ünvanına təhqirlər yazmağa başlayıb.
Öz gənc karyerasını indidən M.Quliyevin yolunda korlayan, onun üçün imicinin üstündən xətt çəkən, bütün imkanlarını xərcləyən həmin İH işçisi “facebook”da baş redaktor barəsində məsuliyyətsiz çıxışlar etməkdədir.
Bu şəxsin kimliyi məlum olsa da, ad-soyadını çəkməyə zərurət belə görmürük. Çünki onun nə nüfuzu var, nə ciddi bir fiqur olaraq tanınır.
Sadəcə, bədbəxtlikdən Goranboy İH-də tutduğu vəzifəyə uyğun olaraq fəaliyyət göstərməkdənsə, icra başçısının “troll”uğunu yerinə yetirir.
Onun yazdıqlarını az sonra yazımızda təqdim edəcəyik. Amma əvvəlcə xatırlatmaq yerinə düşər ki, həmin İH nümayəndəsi M.Quliyev tərəfindən düz iki dəfə töhmət alıb. İndi başçının töhmət verdiyi adam onun barəsində tənqidi yazılara reaksiya verir, müdafiəsinə qalxır.
Maraqlıdır ki, iki dəfə töhmət almış şəxsi “troll”uq etməyə nə vadar edir? Bəlkə özünü Goranboyun ağası sayan Məhərrəm Quliyev qarşısında bir xəcaləti, təqsirkarlığı var deyə yarınır? - Bilmirik.
Başçı “uşağı”nın “yaddaşı” - narkoman ittihamı
O ki qaldı onun sosial şəbəkədə böhtan və təhqirlərinə, adının çəkilməsi layiq bilinməyən həmin İH məmuru Ş.Cəfərini həm dələduz, həm narkoman adlandırıb.
Bu ittihamların hüquqi məsuliyyəti məktəb uşağına belə aydındır. M.Quliyevin səriştəsiz, bivec, bacarıqsız “troll”u onu müdafiə etmək, əməllərini ört-basdır eləmək naminə bu cür ağıldan kəm ifadələr işlədir, ifadələrinin məhkəmə predmeti yaratmasına şərait yaradır.
Onun “facebook”da bir sayıqlamasını və sərsəmləməsini təqdim etməzdən əvvəl oxucuların nəzərinə çatdıraq ki, sözügedən Goranboy İH işçisi, yaxud icra başçısının “troll”u 1988-ci il təvəllüddür.
Yəni, 33 yaşı var. Bu cavan uşaq sosial şəbəkədə böhtanlar yazır, hətta o dərəcədə “güclü yaddaşı” var ki, 5 yaşında olmamış hadisəni xatırlayır.
Deməli, iki dəfə töhmət almış və vəziyyəti çətinə düşmüş bu İH nümayəndəsi M.Quliyevin xoşuna gəlmək üçün sosial şəbəkədə Ş.Cəfərini nəşəxor adlandırıb. Üstəlik, guya 1993-cü ildə onun əlində narkotik maddə gördüyünü yazıb.
Sitat: “Mən bu çinqaçuk Şirinə boş yerə narkoman demirəm. Hələ orta məktəbdə aşağı sinifdə oxuyurduq. Dayım oğlu ilə nəsə almağa göndərmişdilər. Getdiyimiz yerdə yadımda qalmayan bir adamla Şirin dayanmışdılar”.
Əvvəlcə, statusun bu yerində haşiyəyə çıxaq. Görəsən, bu ağıldan kəm İH nümayəndəsi 1993-cü ildə Ş.Cəfərinin yanında dayanmış həmin naməlum şəxsi necə olur ki, yadında saxlamır, amma onu saxlayır?!
Absurddur. Gülməlidir. Onun yox, sahibinin - onu öyrədən icra başçısının düşdüyü biabırçı vəziyyətdir. Gərək bu yerdə stop eləsin.
Amma lənət kor şeytana deyərək M.Quliyevin ştatlı “troll”unun həmin statusda dağıtdığı “banka”nın davamına diqqət edək: “Şirin əlində nəsə edirdi. Maraqla baxanda mənə dedi ki, bilirsən bu nədir?”
Ən kütbeyin müstəntiq belə soruşa bilər ki, ay binəva uşaq, sən onun əlindəkinə niyə maraqla baxırdın...Nəysə, davam edək:
“Dedi, kişilər bundan çəkir. Siz uşaqsınız, ləzzət bilməzsiniz. Biz oradan uzaqlaşanda qorxudaraq kiməsə deməməyi əmr elədilər. Sonradan bilmişdim ki, çəkdiyi nəşə imiş. Bu narkomandan artıq nə gözləmək olar?”
Bir sözlə, bu “fərasətli” Goranboy İH nümayəndəsi 5 yaşından yadında saxlayıb ki, illər keçəcək, Ş.Cəfərinin narkoman olduğunu yadda saxlayacaq. Ancaq icra başçısı böyük xətaya yol verib.
“İcra başçısına ayıb olsun ki...” - baş redaktor
Bizimlə söhbətləşən GundemXeber.Az-ın baş redaktoru Şirin Cəfəri deyir ki, haqqında böhtan yazılıb. Onun sözlərinə görə, 5 yaşlı uşaq böyüyüb və yalançıya çevrilib:
“Əvvəla, bu adam 1988-ci il təvəllüdlüdür. Adam deyəndə ki, "troll"dur. İkincisi, mən 1993-ün sonunda rayondan çıxmışam.
Danışsın, “it hürər karvan keçər”, adını belə çəkmirik. İcra başçısına ayıb olsun ki, belə adamları yanında saxlayır, mətbuatla özünə problem yaradır”.
Ş.Cəfəri bildirir ki, işin hüquqi tərəfi var: “Bu adam dediyi ittihamın məsuliyyətini qavramır. Məni narkoman adlandıran şəxs hüquq-mühafizə orqanlarına müraciət etməli, sübuta yetirməlidir.
Əks halda bu ittiham və təhqirə görə onu da, işlədiyi Goranboy icra hakimiyyətini də məhkəməyə vermək ixtiyarım var.
Yaşadığım Goranboyun Qazanbulaq qəsəbəsində məni tanıyanlar yaxşı bilir ki, uşaqlığım idmanla keçib, özüm də idman ustasıyam.
Amma bu şəxs 1993-cü ildə yanımda kim olduğunu yadında saxlamır, Şirini xatırlayır, özü də 5 yaşında...”
Baş redaktor onu da əlavə edib ki, bu məsələ barədə hüquqi müstəvidə addım atılacaq: “Bunu yazan “zəhmətkeş troll” məcburi köçkün kimi Kəlbəcərdən qəsəbəmizə gəlib məskunlaşanda 5 yaşı olub.
Yəni 1988-ci il təvəllüdlü uşaq 1993-cü ildə necə olur ki, orta məktəbdə aşağı siniflərdə təhsil alıb? Bu uşaq həmin ildə nəinki birinci sinif, heç birinci sinifə qədəm qoymaq üçün hazırlığa getməyə yaşı çatmayıb.
Əgər bu aşağı zəkalı adam məni tanısaydı, bilərdi ki, onun adıma yazdığı maddələrdən tamamilə uzaq idmançı olmuşam. Yəni sərbəst güləş üzrə idman ustalığına qədər ucalan idmançı olmuşam.
Maraqlıdır, tabeliyində olduğu icra başçısı tərəfindən iki dəfə töhmət alan birisinin belə canfəşanlıq etməsinə səbəb nədir, hansı öhdəlikləri götürüb?
Bu aşağı zəkalının yazdığı bir məsələyə də aydınlıq gətirərək bildirim ki, cəbhəçi olmağımla qürur duyur və hazırda da Elçibəy təşkilatı olan KXCP-nin Ali Məclis üzvü kimi də fəaliyyətimi davam etdirirəm. Onun sözlərinə görə, İH işçisi bununla kifayətlənməyib.
Dələduz böhtanı və “troll əməliyyatı”
Belə ki, Goranboy İH rəhbərinin “troll”u fasilə vermədən yazdığı statuslardan birində isə bu dəfə Ş.Cəfərini dələduz adlandırıb.
Əslində bu, İH-nin hazırladığı “troll əməliyyatı”dır. İH başçısı rayondakı vacib işləri kənara qoyub “trollar"ı mətbuatın üzərinə göndərir.
Bu gənc kadrın üstümüzə göndərilməsinin səbəbi onların hansısa marağından irəli gəlir. Amma unudub ki, dələduz sözü məhkəmə predmeti yaradır. Bunu sübut etməlisən.
Bu böhtanları isbat edə bilməsə, M.Quliyev və “qırğısı” məhkəmədə cavab verməli olacaq. Çünki jurnalistə dələduz, narkoman demək, tənqidlərə görə təhqirlər yağdırmaq ciddi hüquqi məsuliyyət yaradır.
Bu da azmış kimi, həmin töhmət almış çarəsiz İH işçisi həmyerliləri olan kəlbəcərlilərə səslənib.
O, sosial şəbəkədə çağırış edib ki, Kəlbəcər camaatı Ş.Cəfəriyə qarşı birləşsin.
Görün rayon icra başçısı hansı səviyyəyə enib ki, rayonlar arasında nifaq salır, bir bölgənin əhalisini digər regiondan olan jurnalistin üzərinə qaldırır.
Məhərrəm Quliyev yaddaşını qurdalasa və araşdırsa, öyrənər ki, Şirin Cəfəri Goranboyda kifayət qədər nüfuzu, xətri-hörməti olan insandır, jurnalistdir, öz doğma qəsəbəsində böyük rəğbət sahibidir.
Odur ki, onun haqq müdafiəsinə qalxacaqlar. Amma icra başçısının “troll”u Kəlbəcər camaatına çağırış edir ki, Goranboyu silkələyin.
Ümumiyyətlə, belə bir provokasion çağırış edən adam haqqında hüquq-mühafizə orqanlarının araşdırma aparması vacibdir. Bu da milli ayrı-seçkiliyə yol açan və cinayət xarakterli çağırışıdır.
İcra hakimiyyətində vəzifə daşıyan bir şəxsin rayonların əhalisini provokasiyaya çəkmək və konfliktlər yaratmaq çağırışlarına xüsusi xidmət orqanları həssaslıq göstərməlidir. Bütün bunlar cinayət məsuliyyəti yaradan çağırışlar, böhtanlardır...
Başçının adamından Prezidentə məsuliyyətsiz sözlər
Amma Goranboy İH rəhbərinin yalanları, təlimat verdiyi kadrının sosial mediada yazdıqları bununla yekunlaşmır.
İH işçisi indi də Ş.Cəfərinin bir neçə il qabaq üzərinə qoyulmuş sifarişli cinayət işinə toxunub. Bununla demək istəyib ki, jurnalist mühakimə edilib və üstündə cinayət var.
İlk növbədə deməliyik ki, bunu elə həmin dövrdə də çəkinmədən, qorxmadan yazırdıq, yenə yazırıq - sabiq PA məmuru Əli Həsənovun sifarişi əsasında keçmiş vergilər naziri, indi canı ilə əlləşən Fazil Məmmədovun rəhbərliyi dövründə Vergilər Nazirliyinin qaldırdığı vergidənyayınma üzrə cinayət işi başlanmışdı.
Amma ölkə rəhbərliyi məsələni nəzarətə götürdü, anlaşıldı ki, şər-böhtan kampaniyasıdır və dövlətin hüquq mühafizə orqanları səviyyəsində işə xitam verildi. M.Quliyevin “troll”u isə yazır ki, hansısa dələduzlar jurnalistin arxasında dayanıb, onu xilas edib.
“Onun dələduz dediyi adamlar ölkənin siyasi rəhbərliyində təmsil olunur. Belə boşboğaz və məsuliyyətsiz çıxışlar edən adam icrada hələ vəzifə tutur. Bu, icra başçısının dövlət rəhbərliyinə qarşı dolayısı ilə məsuliyyətsizliyi, təxribatıdır”, - deyə Ş.Cəfəri reaksiyasını bildirir.
Onun sözlərinə görə, həmin dövrdə məsələ Prezidentə məruzə olunub, dövlət başçısı jurnalistin həbsinə qarşı çıxıb, nəticədə işə xitam verilib:
“İndi belə adamın mən Şirin Cəfərinin arxasında dələduzların dayandığını deməsi birbaşa ölkə rəhbərliyinin ünvanına təhqirdir.
Bunu bilərəkdən-bilməyərəkdən, yoxsa savadsızlıqdan edib, deyə bilmərəm, amma əsas budur ki, bu cür özbaşına çıxış edib.
Belə ağıla sahib adamın Goranboy İcra Hakimiyyətində saxlamaq nə qədər düzgündür, bilmirəm... Amma unutmasınlar, icra başçısının “damından atılan daş topuğa dəyər”.
Yeri gəlmişkən, həmin dövrdə deputat Qüdrət Həsənquliyev də parlamentdə Şirin Cəfərinin - haqqı yazan jurnalistin müdafiəsinə qalxmışdı.
Eyni zamanda Prezident də söyləyib ki, jurnalistlər mənim köməkçilərimdir. Hətta bəyan edib ki, bir çox qanunsuz hallardan, məmurların özbaşınalıqlarından məhz mətbuat vasitəsi ilə xəbər tutur.
Habelə, İ.Əliyev icra başçılarına dəfələrlə xəbərdarlıq edib, xalqla işləməyi tapşırıb. Ancaq göründüyü kimi, Məhərrəm Quliyev onun təyin etdiyi nümayəndə olaraq Goranboyda görməli olduğu vacib məsələləri həll etməkdənsə, iş-gücünü atıb, bir jurnalistə qarşı çırmanıb, töhmət verdiyi kadrı hansısa səbəbdən baş redaktorun üstünə göndərib.
Nə deyirik, bu meydan, bu şeytan. Amma məmurun işi mətbuatla müharibə aparmaq deyil, nöqsanları aradan qaldırmaqdır!
Cəfər
GundemXeber.Az
Tarix: 1-02-2021, 22:55
-
Bu gün, 11:22
PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?
-
Dünən, 22:37
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Dünən, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
Dünən, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Dünən, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA