Həlak olan hərbiçilərin qohumları onların Şəhidlər Xiyabanında dəfn olunmasını tələb edirlər



İkinci Qarabağ müharibəsində həlak olmuş 17 hərbi qulluqçunun ailə üzvləri iki gündür hərbiçilərin Bakı ətrafındakı Qaradağ rayonunda “boş yerdə” dəfn edilməsinə etiraz edirlər. Onlar hərbiçilərin digər hərbiçilərlə birlikdə ikinci Şəhidlər Xiyabanında dəfn edilməsini tələb edirlər.
Bu gün etirazçılar dəfn olunmuş hərbiçilərin qəbirlərini açmağa çalışıblar. Mərmər plitələri qaldırdıqda yeraltı sular çıxıb, bu, həlak olanların valideynlərini daha da qəzəbləndirib. Amma polis əməkdaşları qəbirləri açmağa imkan verməyiblər.
V
alideynlər bildiriblər ki, Bakının Yasamal və Nəsimi rayonlarından olan 17 hərbiçinin cəsədi ailələrinin icazəsi olmadan Qaradağ rayonunda yol kənarında dəfn edilib.
Dünən valideynlər artıq etiraz əlaməti olaraq Müdafiə Nazirliyi yaxınlığında Tbilisi prospektini və Parlament prospektini bağlayıblar.
Müdafiə Nazirliyi valideynlərin etirazları ilə bağlı şərh vermir.
Contact.az
Tarix: 26-01-2021, 20:51
Xəbəri paylaş



Xəbər lenti