Həmzəyeva barəsində cinayət işi başlandı


Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinin müdiri Rəfiqə Həmzəyeva barəsində cinayət işi başlanıb.
 

Pravda.az-ın məlumatına görə, şöbə müdiri Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir.
 
R. Həmzəyeva ilə birlikdə daha bir şəxs - Hacıqulu Həmidov da eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
 
İş üzrə zərərçəkmiş şəxs qismində isə Reyhan Bəşirova tanınıb.
 
Təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı başa çatdırılıb, baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Həmid Əzizovun icraatına verilib.
 
Qeyd edək ki, Rəfiqə Həmzəyeva 2010-cu ildə keçirilən parlament seçkilərində 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd olub. Həmin dairədən parlamentə Rəfail Hüseynov deputat seçilib.
Tarix: 26-01-2021, 11:12
Xəbəri paylaş



Xəbər lenti