ATU-nun əməkdaşı Şirinova Aygün Rafiq qızı ölkə rəhbərliyinə Universitetdə baş verən qanunsuzluqlarla bağlı müraciət ünvanlayıb. Bir nüsxəsi Teref.az-ın poçtuna göndərilən müraciətdə şikayıtçi yazır:
Salam Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev !
Azərbaycanın birinci xanımı, hörmətli Vitse-Prezident Mehriban xanım Əliyeva !
Təhsil Naziri cənab Emin Əmrullayev !Çox hörmətli Mehriban xanım ! Sizdən Qadın həmrəylini nəzərə alıb mənə dəstək olmağınızı, səsimə səs vetməyinizi xahiş edirəm. Mən Gəncə şəhər sakini Şirinova Aygün Rafiq qızı. Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin keçmiş əməkdaşı, çoxsaylı şikayət ərizəsi ilə müraciət etməyimə baxmayaraq, bu günə qədər problemimin həllinə nail ola bilmədiyim üçün Sizə yenidən müraciət edirəm. Mən 2000 ci ildə Gəncə Dövlət Universitetini bitirmişəm. 22. 01. 2004 tarixindən etibarən Azərbaycan Texnologiya Universitetində kitabxanaçı , daha sonra 29. 12. 2019 tarixinədək korrektor vəzifəsində işləmişəm. Ailəliyəm, üç övladım var. İkisi azyaşlıdır. Sizə müraciət etməyimin səbəbi 29. 12. 2019 - cu il tarixində Universitetinin rəhbərliyi tərəfindən səbəbsiz olaraq qərəzli şəkildə işdən azad edilməyimdir.
Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini ''Təhsil haqqında ''Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi - normativ sənədlər əsasında həyata keçirmir.
Belə ki, Universitetinin İnsan Kapitalının İdarəetmə Mərkəzinin direktoru Zaur Əliyev mənə və digər işçilərə açıq aşkar şəkildə hədə qorxu gələrək ''dediyim məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam'' deyərək təkidlə öz iradəmizə zidd 3 ( üç ) və 6 ( altı ) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. Mən, ali təhsilli , 15 il iş təcrübəsi olan ziyalı , hər hansısa bir özəl müəssisəyə yenicə işə qəbul olunmuş, heç bir təcrübəsi olmayan işçi kimi hər 6 (altı) aydan bir (açıq aşkar hədələnərək) onların diktə etdiyi məzmunda ərizə yazmağa vadar edilmişəm. İşdən azad edilən iş yoldaşım xanım Universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə ''hüquq müdafiəçisi''nin nalayiq söyüşü ilə üzləşdi. Bu barədə fakt da mövcuddur. Rektor Akif Süleymanov isə gedin kimə şikayət edirsiniz edin, əlinizdən gələni beş boşqaba çəkin. Məni bura Prezident təyin edib. Kimdən kimə şikayət edəcəksiniz deyərək heç kimdən çəkinmədiyini elan edərək, özünü sığortalamaqla məşğul oldu. Düşünməyi, sual verməyi, etiraz etməyi öyrədən müəllimlər bu gün Akif Süleymanovun qarşısında aciz qalıblar.
ATU da Akif Şamil oğlu Süleymanovun rektorluğu dönəmində kollektiv darmadağın edilib, bir çox ziyalılar, nüfuzlu şəxslər Universiteti tərk etmək məcburiyyətində qalıb. Ona görə ki, ATU da qohumbazlıq, dostluq prinsipi önə çəkilərək kadr təyinatı həyata keçirilir. Universitetdə sözün əsl mənasında avtoritar idarəçilik sistemi qurulub. Bəli, səhərdən axşamacan öz isti kabinetində mürgü vuran, yuxusunda da rüşvətlə məşğul olan rektorun ''idarəçiliyi '' Koronavuris bəlasından daha qorxunc və təhlükəlidir. Universitetdə tələbə və müəllim, eləcə də elmi pedaqoji kadr və köməkçi heyət nisbəti əsla nəzərə alınmır. Əməkdaşlarla əmək müqavilələrinin bağlanması ( işə qəbul ) , əmək müqaviləsinə xitam ( işdən azad olma ) , başqa işə keçirilmə haqqında əmrləri gözdən keçirmək üçün nümayəndə göndərsəniz çoxlu sayda qanunsuzluqların şahidi olarsınız.
Universitetdə durum demək olar ki nəzarətdən çıxıb, şəxsi nəzarətə keçib.
Universitetdə korrupsiya son həddə çatıb. 09. 09. 2016 tarixində 185 saylı əmrlə ''Qurban bayramı ''ilə əlaqədar olaraq Universitetin 30 (otuz ) nəfər əməkdaşının hər birinə 550 (beş yüz əlli ) manat mükafat yazıdı. Sonradan həmin vəsait rəhbərlik tərəfindən tək tək işçilərdən toplanılaraq mənimsənildi. Şahidlər var. Bu gün isə mənim şikayətlərimdən xəbərdar olan rəhbərlik guya ki, müvafiq qurumlar tərəfindən bu məsələnin araşdırıldığını, mükafat yazılan 30 nəfərin hamısının da bu məbləği alıb şəxsən özlərinə xərclədiklərini qeyd etdiklərini bildirib. Məsələ ondadır ki, özlərinə yaxın bildikləri bir neçə işçini bu barədə məlumatlandırıb, onlardan bu məsələ ilə bağlı sorğu sual olunarsa mükafat kimi yazılan 550 manatın guya ki, şəxsən özlərinin alıb xərclədiklərini təsdiqlənməsini istəyiblər. Bu gün o bir neçə nəfər 30 nəfərin hamısı demək deyil.''Qurban bayramı münasibətilə '' adına mükafat kimi yazılan 550 manatın ATU rəhbərliyi tərəfindən onlardan yığılıb mənimsənilməsini təsdiqləyən bir neçə şahid var ki, əsl həqiqəti deməyə hazırdır. Dəfələrlə Akif Süleymanov və onun komandasının çirkin əməlləri və özbaşınalıqları haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da təəssüflər olsun ki, bu günə qədər heç bir nəticə yoxdur. Əməkdaşların şikayətinə baxılmır. 2016 cı ilin noyabrında isə Azərbaycan Texnologiya Universitetinin giriş qapısına turniket quraşdırılması və qurulan turniket ''kart ''sistemi ilə işləməsi, kartların tələbələrə 5 manata, müəllimlərə 10 manata satmaqla yenidən korrupsiyaya yol açan rektor yığılan pulları bu dəfə mənimsəyə bilmədi. Belə ki, çoxsaylı haqlı şikayətlər əsasında İcra hakimiyyətinin göndərdiyi komissiyanın tələbi ilə pulları tələbə və müəllimlərə qaytarmağa məcbur oldu. Bu barədə də şahidlər var. Rektor Akif Süleymanov və komandasının bitməz tükənməz qanunsuzluqlarına etiraz edən hər bir işçi anında onların düşməninə çevrilib, həmin işçi müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb,hədə qorxu gələrək bezdirilib ki, öz xoşu ilə ərizə yazıb işdən getsin və ya digər formada onu işdən azad edilməsi təşkil olunub.
Cənab prezident , Müzəffər Ali Baş Komandan İlham Əliyev! Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Univetsitetinin rəhbərliyi Sizin dəfələrlə məmur özbaşınalığı və rüşvət ilə bağlı etdiyiniz xəbərdarlıqlara məhəl qoymur. Rektor Akif Süleymanov və komandası üçün ''Qanun şah deyil, Şah qanundur !''devizi mövcuddur ki, onlar üçün ''Şah'' qeyri- peşəkarlığı ilə seçilən, universiteti məkrli oyunlar yuvasına çevirməklə nüfuzdan düşməsinə səbəb olan Akif Süleymanovdur... Məsuliyyətsizlik, biganəlik, laqeydlik kimi Akif müəllimin xarakterinə biçilmiş hallar artıq kollektivi sözün əsl mənasında cana doyuzdurmuşdur.
Vəzifə - səlahiyyət deyil. Vəzifə - xidmətdir ! ''Cənab prezidentimiz İlham Əliyevin dediklərinə istinad edərək ''. Çox maraqlıdır. Azərbaycan Texnologiya Universitetinin hüquqşünasının qadın əməkdaşı ilə rəftarı o cürdürsə (nalayiq söyüş söyüb ), ondan böyük olan vəzifə səlahiyyətlərini daşıyan məmurlarının münasibəti sual altındadır... Əfsuslar olsun ki, belə bir "hüquqşünas" Universitet üzrə verilmiş əmr layihələrinə imza atır. Zaman ağır xəstəlikləri sağaltdığı kimi yəqin ki, tezliklə bu suala cavabı da açıqlayar.
Dövlətimizi , dövlətçiliyimizi və xalqı qoruyan Dəmir yumruqlu Prezidentimiz cənab İlham Əliyev nə yaxşı ki, bizimlədir !!!
Göydə Allah, yerdə isə onun qayğıları bizim üzərimizdən əksik olmasın. Amin!!!
Şirinova Aygün Rafiq qızı
Tarix: 23-01-2021, 10:27