“Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına” – Pənah Hüseyn




Sabiq Baş Nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı arasında debat zamanı qalmaqal olub.
 
Pravda.az-ın xəbərinə görə, N.Pənahlı P.Hüseyni və digərlərini Dövlət Təhlükəsizlik Komitəsinin “agent”i adlandırıb.
 
“Pənah Hüseyn Baş Nazir vəzifəsində çalışanda və digər vaxtlarda da üstümə gəldi, bacarmadı. Hətta bir dəfə hücum etdi, onda da qolu qırıldı, 6 ay sarıqlı gəzdi” – N.Pənahlı bildirib.
 
P.Hüseyn isə ona belə cavab verib: “Başına yumruq vurdum, girdin stolun altına. Şəkilləri də təqdim edə bilərəm...”
Tarix: 22-01-2021, 08:49
Xəbəri paylaş



Xəbər lenti